https://sputnik.az/20211204/buta-construction-azergold-idareetmesinde-istirak-etmir---resmi-436948277.html
Tender qaliblərinin sədr və ailə üzvləri ilə əlaqəsi yoxdur - "AzerGold"
Tender qaliblərinin sədr və ailə üzvləri ilə əlaqəsi yoxdur - "AzerGold"
Sputnik Azərbaycan
Cəmiyyət tərəfindən bütün tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilib - "AzerGold"... 04.12.2021, Sputnik Azərbaycan
2021-12-04T11:04+0400
2021-12-04T11:04+0400
2021-12-04T11:17+0400
cəmiyyət
məlumat
münasibət
yanlış
azergold
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0d/434175361_0:160:3072:1888_1920x0_80_0_0_7ee0a308ae8e51a0e0c022c11503b150.jpg
BAKI, 4 dekabr — Sputnik. Son günlər bir sıra media subyektləri və sosial şəbəkə istifadəçiləri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti, həmçinin rəhbərliyi və onun ailə üzvləri haqqında həqiqəti əks etdirməyən materiallar yayımlamaqda, bununla da qeyd olunan şəxslər barəsində ictimaiyyətdə mənfi rəy formalaşmaqdadır.Bu barədə "AzerGold"" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Bununla əlaqədar olaraq bildiririk ki, Cəmiyyət tərəfindən bütün tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilib, Cəmiyyətin rəhbərliyi və onun ailə üzvləri heç bir hüquqi və faktiki əsaslara söykənməyən materiallarda tenderlərin qalibləri olaraq göstərilən “Buta Construction” QSC və “AZCD Group” QSC-nin idarəetməsində iştirak etmir, həmçinin onların həmin şirkətlərlə hər hansı bir bağlılığı mövcud deyil:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0d/434175361_171:0:2902:2048_1920x0_80_0_0_7dd0416d9ccfbbda4edca945b25099e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məlumat, münasibət, yanlış, azergold
məlumat, münasibət, yanlış, azergold
Tender qaliblərinin sədr və ailə üzvləri ilə əlaqəsi yoxdur - "AzerGold"
11:04 04.12.2021 (Yenilənib: 11:17 04.12.2021) Cəmiyyət tərəfindən bütün tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilib - "AzerGold" QSC
BAKI, 4 dekabr — Sputnik. Son günlər bir sıra media subyektləri və sosial şəbəkə istifadəçiləri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti, həmçinin rəhbərliyi və onun ailə üzvləri haqqında həqiqəti əks etdirməyən materiallar yayımlamaqda, bununla da qeyd olunan şəxslər barəsində ictimaiyyətdə mənfi rəy formalaşmaqdadır.
Bu barədə "AzerGold"" QSC-dən
Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Bununla əlaqədar olaraq bildiririk ki, Cəmiyyət tərəfindən bütün tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilib, Cəmiyyətin rəhbərliyi və onun ailə üzvləri heç bir hüquqi və faktiki əsaslara söykənməyən materiallarda tenderlərin qalibləri olaraq göstərilən
“Buta Construction” QSC və
“AZCD Group” QSC-nin idarəetməsində iştirak etmir, həmçinin onların həmin şirkətlərlə hər hansı bir bağlılığı mövcud deyil:
"Təəssüflə qeyd etmək istərdik ki, rəsmi məlumatlara istinad edilmədən və dəqiqləşdirilmədən yayılan, həqiqəti əks etdirməyən bu məlumatlar nəinki ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda dünya miqyaslı və aparıcı mədən şirkətinə çevrilmə yolunda irəliləyən şirkətimizin ictimai nüfuzuna və imicinə ciddi xələl gətirə bilər. Hörmətli media nümayəndələri, ictimaiyyəti dəqiq informasiya ilə təmin etmək yolundakı şərəfli fəaliyyətinizdə həqiqətə xidmət, dəqiqlik və obyektivlik kimi peşə davranış qaydalarına həssaslıq göstərməyiniz, həqiqətə uyğunluğu yoxlanılmayan informasiyanın yayılmaması üçün çalışmağınız və rəsmi mənbələrə istinad etməyiniz xahiş olunur".