https://sputnik.az/20211204/bu-gun-dunya-turk-qehvesi-gunudur-436956090.html
Bu gün Dünya Türk Qəhvəsi Günüdür
Bu gün Dünya Türk Qəhvəsi Günüdür
Sputnik Azərbaycan
"Kurukahveci" adı ilə tanınan Mehmet Əfəndi qovrularaq dəyirmanlarda üyüdülən ilk qəhvəni 1871-ci ildə xalqa təqdim etdi. Bu səbəbdən də bu gün türk qəhvəsi... 04.12.2021, Sputnik Azərbaycan
2021-12-04T14:25+0400
2021-12-04T14:25+0400
2021-12-04T16:57+0400
cəmiyyət
türk
qəhvə
dünya
gün
https://cdnn1.img.sputnik.az/img/42381/96/423819641_0:46:3073:1774_1920x0_80_0_0_7c6f9aacd202933b2d010d8439ebdc41.jpg
BAKI, 4 dekabr — Sputnik. Bu gün Dünya Türk Qəhvəsi Günüdür. Bu əlamətdar günün tarixi və özəllikləri ilə bağlı Sputnik Azərbaycan-ın yazısında tanış ola bilərsiniz:Əsrlər öncə türk qəhvəsini dəmləmək xeyli zaman alırdı, bu isə həm də restoranlarda sobaların uzun müddətlik zəbt olunması demək idi. Bu səbəbdən bir müddət Türkiyədə türk qəhvəsi ilə bağlı sifarişlərin qəbulu dayandırıldı. Lakin sonradan qəhvə dəmləyən maşınların istehsalı türk qəhvəsi üçün yeni bir tarixi dövr açdı.Bir lokum və türk qəhvəsinin möhtəşəm sinteziƏnənəyə uyğun olaraq xüsusən də mötəbər qonaqlara türk qəhvəsinin yanında mütləq şəkildə lokum təklif edilir. Lakin 19-cü əsrədək türk qəhvəsinin yanında lokum deyil, mürəbbə verilərmiş. Həmin dövrədək xüsusən də türk qəhvəsinin yanında daha çox gül ləçəklərindən hazırlanan "gülbeşəkər" adlanan mürəbbə verilərdi.Qısaca da olsa türk qəhvəsinin tarixinə nəzər yetirək:Yəmən valisi Özdəmir paşa 1543-cü ildə səfərlərinin birində dadına heyran olduğu qəhvəni İstanbula gətirir. Beləcə türklərin kəşf etdiyi yeni hazırlanma üsulu ilə qəhvə dəmlənir və "Türk qəhvəsi" adını alır.O dövrdə sadə xalqın qəhvə ilə ilk tanışlığı isə 1554-cü ilə təsadüf edir. Həmin tarixdə Tahtakale adlanan yerdə açılan qəhvəxanada ilk dəfə türk qəhvəsi müştərilərə təqdim olunur. Bundan sonra insanlar zamanlarını daha dəyərli keçirmək üçün kitab oxuyarkən, yaradıcı bir işlə məşğul olarkən, əsər yazarkən, şahmat və nərd oynayarkən, ədəbi söhbətlərlə məşğul olarkən belə qəhvə içməkdən böyük zövq almağa başladılar.Qısa müddətdə türk qəhvəsinin dadı və şöhrəti Avropaya, sonra isə bütün dünyaya yayıldı. 1871-ci ildə isə "Kurukahveci" olaraq tanınan Mehmet Əfəndi qovrularaq dəyirmanlarda üyüdülən ilk qəhvəni xalqa təqdim etdi. Bu səbəbdən də bu gün türk qəhvəsi Türkiyədə və bütün dünyada daha çox "Kurukahveci Mehmet Efendi" adı ilə tanınır.Qeyd edək ki, türk qəhvəsi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına düşən yeganə qəhvədir.Həmçinin oxuyun:Qəhvənin qiyməti qalxdıSarıkök sayəsində səhhəti yaxşılaşdırmağın beş üsuluMəşhur həkimdən qəribə resept: 1 qədəh şərab, 4 fincan qəhvə...Hər dəfə çay və qəhvə qəbulundan sonra...Qanazlığının qarşısını almağın yolları
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42381/96/423819641_0:0:2731:2048_1920x0_80_0_0_3002d28131d0e4580858dac259d1aed4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türk, qəhvə, dünya, gün
Bu gün Dünya Türk Qəhvəsi Günüdür
14:25 04.12.2021 (Yenilənib: 16:57 04.12.2021) "Kurukahveci" adı ilə tanınan Mehmet Əfəndi qovrularaq dəyirmanlarda üyüdülən ilk qəhvəni 1871-ci ildə xalqa təqdim etdi. Bu səbəbdən də bu gün türk qəhvəsi Türkiyədə və bütün dünyada "Kurukahveci Mehmet Efendi" adı ilə tanınır.
BAKI, 4 dekabr — Sputnik. Bu gün
Dünya Türk Qəhvəsi Günüdür. Bu əlamətdar günün tarixi və özəllikləri ilə bağlı
Sputnik Azərbaycan-ın yazısında tanış ola bilərsiniz:
Əsrlər öncə türk qəhvəsini dəmləmək xeyli zaman alırdı, bu isə həm də restoranlarda sobaların uzun müddətlik zəbt olunması demək idi. Bu səbəbdən bir müddət Türkiyədə türk qəhvəsi ilə bağlı sifarişlərin qəbulu dayandırıldı. Lakin sonradan qəhvə dəmləyən maşınların istehsalı türk qəhvəsi üçün yeni bir tarixi dövr açdı.
Bir lokum və türk qəhvəsinin möhtəşəm sintezi
Ənənəyə uyğun olaraq xüsusən də mötəbər qonaqlara türk qəhvəsinin yanında mütləq şəkildə lokum təklif edilir. Lakin 19-cü əsrədək türk qəhvəsinin yanında lokum deyil, mürəbbə verilərmiş. Həmin dövrədək xüsusən də türk qəhvəsinin yanında daha çox gül ləçəklərindən hazırlanan "gülbeşəkər" adlanan mürəbbə verilərdi.
Qısaca da olsa türk qəhvəsinin tarixinə nəzər yetirək:
Yəmən valisi Özdəmir paşa 1543-cü ildə səfərlərinin birində dadına heyran olduğu qəhvəni İstanbula gətirir. Beləcə türklərin kəşf etdiyi yeni hazırlanma üsulu ilə qəhvə dəmlənir və "Türk qəhvəsi" adını alır.
O dövrdə sadə xalqın qəhvə ilə ilk tanışlığı isə 1554-cü ilə təsadüf edir. Həmin tarixdə Tahtakale adlanan yerdə açılan qəhvəxanada ilk dəfə türk qəhvəsi müştərilərə təqdim olunur. Bundan sonra insanlar zamanlarını daha dəyərli keçirmək üçün kitab oxuyarkən, yaradıcı bir işlə məşğul olarkən, əsər yazarkən, şahmat və nərd oynayarkən, ədəbi söhbətlərlə məşğul olarkən belə qəhvə içməkdən böyük zövq almağa başladılar.
Qısa müddətdə türk qəhvəsinin dadı və şöhrəti Avropaya, sonra isə bütün dünyaya yayıldı. 1871-ci ildə isə "Kurukahveci" olaraq tanınan Mehmet Əfəndi qovrularaq dəyirmanlarda üyüdülən ilk qəhvəni xalqa təqdim etdi. Bu səbəbdən də bu gün türk qəhvəsi Türkiyədə və bütün dünyada daha çox "Kurukahveci Mehmet Efendi" adı ilə tanınır.
Qeyd edək ki, türk qəhvəsi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına düşən yeganə qəhvədir.
Məşhur həkimdən qəribə resept: 1 qədəh şərab, 4 fincan qəhvə...
Qanazlığının qarşısını almağın yolları