https://sputnik.az/20211204/bitkicilik-mehsullarinin-rusiyaya-ixraci-proseduru-suretlendirilecek-436958572.html
Bitkiçilik məhsullarının Rusiyaya ixracı proseduru sürətləndiriləcək
Bitkiçilik məhsullarının Rusiyaya ixracı proseduru sürətləndiriləcək
Sputnik Azərbaycan
Rusiya nümayəndə heyəti tərəfindən meyvə-tərəvəz məhsullarının dəmir yolu ilə tədarükünün mümkünlüyü diqqətə çatdırılıb. 04.12.2021, Sputnik Azərbaycan
2021-12-04T17:11+0400
2021-12-04T17:11+0400
2021-12-04T17:11+0400
bitkiçilik
https://cdnn1.img.sputnik.az/img/42430/86/424308601_0:0:3071:1728_1920x0_80_0_0_1b7b5c54f1f020a7a0bd6e2073fbac30.jpg
BAKI, 4 dek — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən, Dağıstan Respublikasında iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.Sputnik Azərbaycan xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondu, "Azərbaycan Dəmir Yolları" QSC və Rusiyanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bitkiçilik məhsullarının Rusiya Federasiyasına ixracı zamanı fitosanitar nəzarət prosedurunun sürətləndirilməsi, pomidor və alma məhsullarının ixracında daşınmanın logistik və treyder şirkətlər tərəfindən həyata keçirilməsi məsələləri müzakirə edilib və yüklərin daşınmasında fitosanitar sertifikatların və digər sənədlərin yoxlanılması zamanı vahid yanaşmanın tətbiq olunması ilə bağlı razılıq əldə olunub.Rusiya nümayəndə heyəti tərəfindən meyvə-tərəvəz məhsullarının dəmir yolu ilə tədarükünün mümkünlüyü diqqətə çatdırılıb. Daha sonra iki ölkənin müvafiq qurumlarının nümayəndələri "Yaraq-Qazmalar" keçid məntəqəsinə və "Viaduk" Cənub Gömrük Terminalı MMC-nin müvəqqəti saxlama anbarına baxış keçirib.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.Həmçinin oxuyun:Millət vəkilləri son dəfə büdcəyə nəzər yetirəcəklərNazir müavini: Qiymət artımının səbəbi idxal məhsullarıdırDünyada qıtlıq yaranacaq: "Yaxın 5 ildə yerli məhsulların istehsalını artırmaq lazımdır"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42430/86/424308601_340:0:3071:2048_1920x0_80_0_0_31b6d625315d650e2d3e02831ec13fe6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bitkiçilik
Bitkiçilik məhsullarının Rusiyaya ixracı proseduru sürətləndiriləcək
Rusiya nümayəndə heyəti tərəfindən meyvə-tərəvəz məhsullarının dəmir yolu ilə tədarükünün mümkünlüyü diqqətə çatdırılıb.
BAKI, 4 dek — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən, Dağıstan Respublikasında iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondu, "Azərbaycan Dəmir Yolları" QSC və Rusiyanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bitkiçilik məhsullarının Rusiya Federasiyasına ixracı zamanı fitosanitar nəzarət prosedurunun sürətləndirilməsi, pomidor və alma məhsullarının ixracında daşınmanın logistik və treyder şirkətlər tərəfindən həyata keçirilməsi məsələləri müzakirə edilib və yüklərin daşınmasında fitosanitar sertifikatların və digər sənədlərin yoxlanılması zamanı vahid yanaşmanın tətbiq olunması ilə bağlı razılıq əldə olunub.
Rusiya nümayəndə heyəti tərəfindən meyvə-tərəvəz məhsullarının dəmir yolu ilə tədarükünün mümkünlüyü diqqətə çatdırılıb. Daha sonra iki ölkənin müvafiq qurumlarının nümayəndələri "Yaraq-Qazmalar" keçid məntəqəsinə və "Viaduk" Cənub Gömrük Terminalı MMC-nin müvəqqəti saxlama anbarına baxış keçirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nazir müavini:
Qiymət artımının səbəbi idxal məhsullarıdır