https://sputnik.az/20211203/xaricde-tehsil-alanlarin-diplomu-taninmadi-436931206.html
Xaricdə təhsil alanların diplomu tanınmadı
Xaricdə təhsil alanların diplomu tanınmadı
Sputnik Azərbaycan
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Türkiyə Respublikasından 106, Rusiya Federasiyasından 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliya... 03.12.2021, Sputnik Azərbaycan
2021-12-03T17:45+0400
2021-12-03T17:45+0400
2021-12-03T18:04+0400
tələbələr
təhsil
elm və təhsil nazirliyi
xaricdə təhsil üzrə dövlət proqramı
xaricdə təhsil
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_0:0:3077:1731_1920x0_80_0_0_afb59f2a01f4aabf9b43fc21915438ac.jpg
BAKI, 3 dekabr — Sputnik. Noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat verib. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 34, təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Türkiyə Respublikasından 106, Rusiya Federasiyasından 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliya Respublikasından 6, digər ölkələrdən isə 31 müraciətin olduğu müşahidə olunur.Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 21, biznesin idarə edilməsi üzrə 12, menecment üzrə 12, tibb üzrə 11 nəfər müraciətçi qeydə alınıb.Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikasını nəzərə alaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya dəyişiklik edib. Dəyişikliyə əsasən, şəxsin magistratura səviyyəsində yiyələndiyi ixtisasla onun bakalavriat səviyyəsində əldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_43:0:2772:2047_1920x0_80_0_0_5483a27c24c343a4d559228f10585792.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tələbələr, elm və təhsil nazirliyi, xaricdə təhsil üzrə dövlət proqramı, xaricdə təhsil
tələbələr, elm və təhsil nazirliyi, xaricdə təhsil üzrə dövlət proqramı, xaricdə təhsil
Xaricdə təhsil alanların diplomu tanınmadı
17:45 03.12.2021 (Yenilənib: 18:04 03.12.2021) Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Türkiyə Respublikasından 106, Rusiya Federasiyasından 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliya Respublikasından 6, digər ölkələrdən isə 31 müraciətin olduğu müşahidə olunur.
BAKI, 3 dekabr — Sputnik. Noyabr ayı üzrə 302 müraciətçinin 235-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat verib. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 34, təhsil aldığı ölkədə tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 10, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Türkiyə Respublikasından 106, Rusiya Federasiyasından 79, Ukraynadan 69, Gürcüstandan 11, İtaliya Respublikasından 6, digər ölkələrdən isə 31 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 21, biznesin idarə edilməsi üzrə 12, menecment üzrə 12, tibb üzrə 11 nəfər müraciətçi qeydə alınıb.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikasını nəzərə alaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya dəyişiklik edib.
Dəyişikliyə əsasən, şəxsin magistratura səviyyəsində yiyələndiyi ixtisasla onun bakalavriat səviyyəsində əldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməyəcək.