https://sputnik.az/20211203/omikron-tunelin-sonundaki-isiq-ola-biler---israilli-immunoloq-436943837.html
Omikron tunelin sonundakı işıq ola bilər - israilli immunoloq
Omikron tunelin sonundakı işıq ola bilər - israilli immunoloq
Sputnik Azərbaycan
İsrailli alimin fikrincə, virus hələ uzun illər planetdə qalsa da, yeni ştamlar sayəsində pandemiyaya çevrilə bilməyəcək. 03.12.2021, Sputnik Azərbaycan
2021-12-03T23:10+0400
2021-12-03T23:10+0400
2021-12-04T09:54+0400
səhiyyə
üst
koronavirus
covid-19
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436785009_0:0:3391:1907_1920x0_80_0_0_1d9f395ccc791cf7aabd34edcb2a616d.jpg
BAKI, 3 dekabr - Sputnik. Omikron ştamının yayılması nə qədər təəccüblü olsa da, pandemiya ilə mübarizəyə kömək edə bilər.İsrailli immunoloq Zvika Qranot “i24News”a müsahibəsində yeni ştamın tunelin sonundakı işıq rolunu oynayacağını güman edir. Professorun fikrincə, yeni ştam daha yoluxucu olsa da, aqressivliyinə görə əvvəlkilərdən daha zəifdir.Afrika və Avropa ölkələrindəki tədqiqatları təhlil edən Qranot bildirib ki, Omikron ştamına yoluxanlarda çox yüngül simptomlar müşahidə edilir. Bu insanların tənəffüs çətinliyi olmur. Ümumi planda koronavirus mutasiyaya uğrayaraq zəifləyəcək. Bununla yanaşı, o hazırda geniş yayılmış Delta variantını üstələyəcək.Alimin fikrincə, virus hələ uzun illər planetdə qalsa da, yeni ştamlar sayəsində o, pandemiyaya çevrilə bilməyəcək. Bununla da, səhiyyə sistemlərinin yükü əhəmiyyətli dərəcədə azalacaq.Omikron ştammıQeyd edək ki, Cənubi Afrika Respublikasının Milli İnfeksion Xəstəliklər İnstitutu hesabatında qeyd edib ki, ölkədə koronavirusun "omikron" ştammı ilk dəfə noyabrın 8-də aşkarlanıb."Yeni B.1.1.529 - "omikron" ştammı narahatlıq doğuran variant adlandırılır. Onun CAR-da ilk dəfə aşkarlanması noyabrın 8-nə təsadüf edir. Bu, Qautenq əyalətində olub", - hesabatda deyilir.Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb. Bu gün isə həmin ştammın artıq 23 ölkədə yayıldığı təsdiq edilib."ÜST-ün beş bölgəsindəki ən azı 23 ölkə yeni ştammın aşkar olunduğu barədə məlumat verib. Təxmin edirik ki, bu say artacaq", - ÜST rəhbəri Tedros Adhanom Gebreyesus dekabrın 1-də keçirdiyi brifinqdə bildirib. Həmçinin oxuyun:"Omikron"un yaşı iyirmi gündən çoxdurQorxu amili: “Omikron” nefti çökdürüb, növbə rublundurYeni ştamma görə hansı ölkədən Azərbaycana giriş məhdudlaşdırıla bilər?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436785009_0:0:2731:2048_1920x0_80_0_0_27accd9db0b91e6bd465e7d9f3062476.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst, koronavirus, covid-19, omikron ştammı
üst, koronavirus, covid-19, omikron ştammı
Omikron tunelin sonundakı işıq ola bilər - israilli immunoloq
23:10 03.12.2021 (Yenilənib: 09:54 04.12.2021) İsrailli alimin fikrincə, virus hələ uzun illər planetdə qalsa da, yeni ştamlar sayəsində pandemiyaya çevrilə bilməyəcək.
BAKI, 3 dekabr - Sputnik. Omikron ştamının yayılması nə qədər təəccüblü olsa da, pandemiya ilə mübarizəyə kömək edə bilər.
İsrailli immunoloq Zvika Qranot “i24News”a müsahibəsində yeni ştamın tunelin sonundakı işıq rolunu oynayacağını güman edir.
Professorun fikrincə, yeni ştam daha yoluxucu olsa da, aqressivliyinə görə əvvəlkilərdən daha zəifdir.
Afrika və Avropa ölkələrindəki tədqiqatları təhlil edən Qranot bildirib ki, Omikron ştamına yoluxanlarda çox yüngül simptomlar müşahidə edilir. Bu insanların tənəffüs çətinliyi olmur. Ümumi planda koronavirus mutasiyaya uğrayaraq zəifləyəcək. Bununla yanaşı, o hazırda geniş yayılmış Delta variantını üstələyəcək.
Alimin fikrincə, virus hələ uzun illər planetdə qalsa da, yeni ştamlar sayəsində o, pandemiyaya çevrilə bilməyəcək. Bununla da, səhiyyə sistemlərinin yükü əhəmiyyətli dərəcədə azalacaq.
Qeyd edək ki, Cənubi Afrika Respublikasının Milli İnfeksion Xəstəliklər İnstitutu hesabatında qeyd edib ki, ölkədə koronavirusun "omikron" ştammı ilk dəfə noyabrın 8-də aşkarlanıb.
"Yeni B.1.1.529 - "omikron" ştammı narahatlıq doğuran variant adlandırılır. Onun CAR-da ilk dəfə aşkarlanması noyabrın 8-nə təsadüf edir. Bu, Qautenq əyalətində olub", - hesabatda deyilir.
Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb. Bu gün isə həmin ştammın artıq 23 ölkədə yayıldığı təsdiq edilib.
"ÜST-ün beş bölgəsindəki ən azı 23 ölkə yeni ştammın aşkar olunduğu barədə məlumat verib. Təxmin edirik ki, bu say artacaq", - ÜST rəhbəri Tedros Adhanom Gebreyesus dekabrın 1-də keçirdiyi brifinqdə bildirib.