https://sputnik.az/20211203/olkenin-meshur-restoranlari-terlemeli-oldi-436939966.html
Ölkənin məşhur restoranları "tərləməli" oldu
Ölkənin məşhur restoranları "tərləməli" oldu
Sputnik Azərbaycan
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 2-də ölkə üzrə 400 ictimai iaşə obyektində 690 monitorinq keçirilib. 03.12.2021, Sputnik Azərbaycan
2021-12-03T20:38+0400
2021-12-03T20:38+0400
2021-12-03T22:31+0400
aqta
azərbaycan xəbərləri
restoran
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426112594_0:171:3073:1899_1920x0_80_0_0_304ec5b2e5b4098b79e5605fd07d46bf.jpg
BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 2-də ölkə üzrə 400 ictimai iaşə obyektində 690 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:1. Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus "Mayak" restoranı;2. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küç., məh. 3103 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Nuru Zərbəli oğluna məxsus restoran;3. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küç., ev 21 ünvanında yerləşən, fiziki şəxs Kərimov Elnur Rza oğluna məxsus dönərxana;4. Gəncə şəhəri, Dədə Qorqud küç., ev 11D ünvanında yerləşən, fiziki şəxs Kərimov Etibar Abbas oğluna məxsus "Söyüdlük" kafesi;5. Gəncə şəhəri, Dəmiryol parkının ərazisində yerləşən, fiziki şəxs Hüseynov Maarif oğluna məxsus kafe.Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.Həmçinin oxuyun:Kafe və restoranlar Yeni ili qarşılaya bilməyəcəklərAQTA 707 monitorinq keçirdi, restoranlar cərimələndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426112594_0:0:2731:2048_1920x0_80_0_0_32bd53bebb1f58aa8aca830ed0232e89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aqta, restoran
Ölkənin məşhur restoranları "tərləməli" oldu
20:38 03.12.2021 (Yenilənib: 22:31 03.12.2021) Nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 2-də ölkə üzrə 400 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.
BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 2-də ölkə üzrə 400 ictimai iaşə obyektində 690 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus "Mayak" restoranı;
2. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küç., məh. 3103 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Nuru Zərbəli oğluna məxsus restoran;
3. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küç., ev 21 ünvanında yerləşən, fiziki şəxs Kərimov Elnur Rza oğluna məxsus dönərxana;
4. Gəncə şəhəri, Dədə Qorqud küç., ev 11D ünvanında yerləşən, fiziki şəxs Kərimov Etibar Abbas oğluna məxsus "Söyüdlük" kafesi;
5. Gəncə şəhəri, Dəmiryol parkının ərazisində yerləşən, fiziki şəxs Hüseynov Maarif oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.