Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əfqanıstanda İŞİD təhlükəsi var - Rusiyanın BMT-dəki diplomatı

© AP Photo / John MinchilloDmitri Polyanski, arxiv şəkli
Dmitri Polyanski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
Diplomatın sözlərinə görə, intiharçıların iştirakı ilə törədilən terror hücumlarının sayının artması qruplaşmanın insan resurslarına malik olduğundan xəbər verir.
BAKI, 3 dekabr — Sputnik. Əfqanıstanda mövcudluğunu davam etdirən "İslam Dövləti"* terror qruplaşması qonşu dövlətlər üçün təhlükə yaradır.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın təşkilatdakı birinci müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Əfqanıstanın İŞİD* bölməsi ölkədə sabitliyi pozan əsas amillərdən biri olaraq qalır. Əlavə təhlükə onun informasiya-kommunikasiya texnologiyalarından məharətlə istifadə etməklə ideoloji, təbliğat və toplama fəaliyyətinin genişlənməsidir", - deyə Polyanski vurğulayıb.
"Qrupun ölkədəki mövcudluğunu Mərkəzi Asiya həmsərhəd dövlətləri üçün təhlükə kimi görürük", - deyə o əlavə edib.
Diplomatın sözlərinə görə, intiharçıların iştirakı ilə törədilən terror hücumlarının sayının artması qruplaşmanın insan resurslarına malik olduğundan xəbər verir.
"Antiterror siyahısına daxil olan əcnəbi terrorçu yaraqlıların cinayət fəaliyyətinin qarşını almaq və xəbərdarlıq etmək məqsədilə yaranmış problemdə cəmləşməyi davam etdirməyin zəruriliyini vurğulayırıq", - deyə Polyanski qeyd edib.
* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilatdır. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.

Həmçinin oxuyun:

Əfqanıstanda taliblərə qarşı partizan müharibəsi başlanıb
KİV: Kabildə xəstəxanaya hücum İŞİD silahlıları tərəfindən həyata keçirilib
İraq hökuməti İŞİD-ə qoşulan azərbaycanlıların uşaqlarını ölkəmizə təhvil verib
Xəbər lenti
0