DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KİV: Kabildə xəstəxanaya hücum İŞİD silahlıları tərəfindən həyata keçirilib

© AFP 2024 / HOSHANG HASHIMITaliban döyüşçüləri, arxiv şəkli
Taliban döyüşçüləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
Öz növbəsində "Taliban"* hərəkatının nümayəndəsi Bilal Kərimi Kabildə iki partlayışın olduğunu təsdiqləyib.
BAKI, 2 noyabr — Sputnik. Kabildəki xəstəxanaya hücumu “İslam Dövləti”* terror qruplaşmasının silahlıları həyata keçiriblər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə yerli “Bakhtar” agentliyi xəbər verib. Agentliyin məlumatına görə, qrup üzvlərindən biri xəstəxananın girişində özünü partladıb, daha bir neçə terrorçu isə binaya daxil olub və Talibana* müqavimət göstərir.
"Frans Press"in məlumatına görə, hadisə nəticəsində 19 insan həlak olub, daha 50 nəfər yaralanıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Kari Səid Hostinin sözlərinə görə, hadisə yerinə xüsusi təyinatlılar gəliblər.
------------
13:50
Bir qrup terrorçu Kabildə hospital binasına hücum edib. Hazırda onlar taliblərlə döyüşürlər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bir qədər əvvəl hospitalda iki partlayışın olduğu barədə məlumat yayılıb.
"Bir qrup kamikadze terrorçu 400 yerlik xəstəxanaya soxulub, qarşıdurma davam edir. Hücum edənlər giriş qapısını partladıblar", - agentliyin müsahibi deyib.
Öz növbəsində "Taliban"* hərəkatının nümayəndəsi Bilal Kərimi Kabildə iki partlayışın olduğunu təsdiqləyib. "Kabilin 10-cu dairəsində iki partlayış olub", - Kərimi deyib.
Bu arada Taliban* hərəkatı keçmiş Əfqanıstan təhlükəsizlik qüvvələrinin "İslam dövləti"* terrorçu qruplaşmasının yaraqlılarına qoşulduqları ilə bağlı xəbərləri təkzib edib və belə iddiaların təsdiqini görmədiyini bildirib. Bu barədə "Tolo News" telekanalı məlumat verib.
Bu yaxınlarda "Wall Street Journal" qəzeti bildirib ki, ABŞ-da təlim almış az sayda keçmiş əfqan kəşfiyyatçılarının və elit hərbi bölmələrinin keçmiş qulluqçuları yerli İŞİD* yaraqlılarına qoşulublar. Nəşrin məlumatına görə, "qaçqınlarla" tanış olan insanların sayı nisbətən azdır, ancaq bu rəqəm ABŞ qoşunlarının ölkədən çıxarılmasından və Əfqanıstanda Taliban* hərəkatının hakimiyyətə gəlməsindən sonra artıb. Qəzet qeyd edib ki, keçmiş təhlükəsizlik qüvvələri öz dəyərli təcrübələrini terrorçularla bölüşə bilərlər.
"Keçmiş hökumətin təhlükəsizlik qüvvələrinin nümayəndələrinin İŞİD-ə* qoşulması mümkün deyil... biz belə bir dəlil görmədik və bu mümkün ola da bilməz", - deyə telekanal hərəkat nümayəndəsinin sözlərindən sitat gətirib.
Taliblər avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi baş tutub. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın əvvəlində Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və 2001-ci ildən BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökümətinə rəhbərlik edib.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Xəbər lenti
0