SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Stokholmda belarus və holland həmkarları ilə görüşüb

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
Tərəflər gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
BAKI, 3 dekabr - Sputnik. 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Ben Knapen və Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə görüşüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN məlumat verib.
Knapen ilə görüşdə tərəflər Azərbaycan və Niderland arasında ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov həmkarına münaqişə sonrası bölgədəki vəziyyət və son inkişaf barədə ətraflı məlumat verib; üçtərəfli bəyanatların icrası, bölgədə kommunikasiya əlaqələrinin açılması, Azərbaycan və Ermənistan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşması və delimitasiya danışıqlarına başlamanın əhəmiyyətini vurğulayıb.

O, Azərbaycanın Ermənistanla ikitərəfli münasibətlərin qurulmasına aid məsələlərin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu həmkarının diqqətinə çatdırıb.

Bayramov beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə dəstək verilməsinin vacibliyini vurğulayaraq, birtərəfli və qərəzli yanaşmaların bu səylərə töhfə vermədiyini bildirmiş xarici ölkələrin ictimaiyyəti, o cümlədən qanunverici strukturlarının regiondakı münaqişədən sonrakı normallaşma prosesi kontekstində maraq doğuran məsələlər barəsində hərtərəfli və dolğun məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.
Ceyhun Bayramov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2021
SİYASƏT
Ceyhun Bayramov: Ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün unikal imkan yaranıb
Makeylə görüşdə nazirlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd ediblər. Tərəflər, ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq gündəliyini müzakirə ediblər. Həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan ən son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımılar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb. Nazir Vladimir Makey yenidənqurma işlərində iştirak etməyə hazır olduqlarını ifadə edib.

Tərəflər, həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin oxuyun:

Ceyhun Bayramov: Ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün unikal imkan yaranıb
Ceyhun Bayramov Entoni Blinkenlə görüşüb
Xəbər lenti
0