QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda xüsusi təhsil kvartalı yaradılacaq

© Sputnik / Emin AlisahibAğdam şəhərində yenidənqurma işləri
Ağdam şəhərində yenidənqurma işləri - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
Rəhman Hacıyev deyib ki, Qarabağın təhsil mərkəzinə çevrilməsi gündəmdə olan məsələdir.
BAKI, 3 dekabr - Sputnik. "Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur. Həmin kvartalda Qarabağ Universitetinin təməli qoyulacaq".
Sputnik Azərbaycan bildirir ki, bunu UNEC İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib.
Onun sözlərinə görə, universitetin konsepsiyası üzərində işlənilməlidir: "Qarabağın təhsil mərkəzinə çevrilməsi gündəmdə olan məsələdir. Eyni zamanda, Qarabağ elmi potensialından istifadə edilməsi böyük uzun yoldur. Burada dayanıqlı məskunlaşma insanların bilik və bacarıqlarının inkişafı deməkdir. Çünki oraya köçən və məskunlaşan insanların adaptasiya prosesində onların bacarıqlarının inkişaf etdirilməsi, formalaşdırılması nəzərdə tutulur".
Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də başlayıb. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış etdiyi forumun ana devizi "Zəfər Yolu"dur.
Eyni zamanda, forum çərçivəsində Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr, gənc alimlərin və beynəlxalq elm olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlər keçirilib.

Həmçinin oxuyun:

65 yaşlı dərzi: “Ən böyük bayrağı tikib, Ağdam şəhərinin mərkəzindən asmaq arzusundayam”
Ağdamın işğaldan azad olunmasının ildönümüdür
Qazilər ön sırada - Ağdam azadlığının bir ilini bu cür qeyd elədi
Xəbər lenti
0