DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Taliblər xarici dövlətlərin səfirliklərinin açılmasını gözləyirlər

© REUTERS / STRINGER"Taliban" hərəkatının üzvlıəri, arxiv şəkli
Taliban hərəkatının üzvlıəri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Cari ilin sentyabr ayının əvvəlində Talibanın* ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan Məhəmməd Həsən Axundun başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib.
BAKI, 2 dekabr — Sputnik. Taliban* hərəkatı (terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altında) bu ilin sonuna qədər Kabildə bir sıra xarici dövlətlərin səfirliklərinin açılacağını gözləyir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim bildirib.

"Biz səfirliklərin gələn ilə kimi açılmasını gözləyirik, ancaq bu ölkələri dəqiqləşdirə bilmərəm", - deyə Naim vurğulayıb.

Bu yaxınlarda media Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttakinin başçılıq etdiyi Taliban* nümayəndə heyətinin Dohada ABŞ da daxil olmaqla 10-dan çox ölkənin diplomatları ilə görüş keçirdiyini bildirib.
Taliblər avqustun əvvəlində Əfqanıstanın hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi baş tutub.
Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın əvvəlində Talibanın* ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan Məhəmməd Həsən Axundun başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib.
* Hərəkat terrorçuluq fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır.
Xəbər lenti
0