Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident Əziz Səncəri qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev dünya şöhrətli alim Əziz Sancarı qəbul edib
Prezident İlham Əliyev dünya şöhrətli alim Əziz Sancarı qəbul edib - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Dövlətimizin başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Səncərin yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirib.
BAKI, 2 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünyaşöhrətli alim Əziz Səncəri qəbul edib. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, Əziz Səncər Vətən müharibəsində Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi və bu Qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini deyib.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev dünya şöhrətli alim Əziz Sancarı qəbul edib
Prezident İlham Əliyev dünya şöhrətli alim Əziz Sancarı qəbul edib - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Prezident İlham Əliyev dünya şöhrətli alim Əziz Sancarı qəbul edib
Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Əziz Səncərin Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğulayıb.
Dövlətimizin başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Səncərin yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirib.
Əziz Səncəri türk dünyasının önəmli şəxsiyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizə səfərə gəlməsindən məmnunluğunu bildirdi və Azərbaycan xalqının ona həm bir alim, həm də bir vətənpərvər insan kimi böyük hörmət və sevgi bəslədiyini xüsusi olaraq vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
0