DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lavrov və Çavuşoğlu ATƏT XİN Şurasında nədən danışıblar?

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidSergey Lavrov və Mövlüd Çavuşoğlu, arxiv şəkli
Sergey Lavrov və Mövlüd Çavuşoğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Lavrov deyib ki, bu gün ATƏT acınacaqlı vəziyyətdədir, Avropa İttifaqı və NATO çərçivəsində blok nizam-intizamının girovuna çevrilib, xırda mövzulara qərq olub.
BAKI, 2 dekabr — Sputnik. Bu gün ATƏT acınacaqlı vəziyyətdədir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
İsveçin paytaxtı Stokholmda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxış edən Rusiya XİN rəhbəri təşkilatın bugünkü vəziyyətini acınacaqlı adlandırıb:
“Bu gün ATƏT acınacaqlı vəziyyətdədir, Avropa İttifaqı və NATO çərçivəsində blok nizam-intizamının girovuna çevrilib, xırda mövzulara qərq olub. Qərbli tərəfdaşlarımız beynəlxalq hüququ bir növ qaydalara əsaslanan nizam-intizamla əvəz etməyə çalışırlar. Həmin qaydalar isə onların öz müstəsnalıqlarından çıxış edərək müəyyən etdikləri qaydalardır”.
"Cənubi Qafqazda daimi sabitliyin olması üçün yeni fürsətlər açılıb". Bu sözləri isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Xarici İşlər Nazirlərinin Şurasının iclasında çıxışı zamanı bildirib.
"Cənubi Qafqazda daimi sabitliyin olması üçün yeni fürsətlər açılıb. ATƏT İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallığı nəzərə almaqla regionda sülhə dəstək verə bilər", - Çavuşoğlu deyib.
Qeyd edək ki, 2-3 dekabr tarixlərində İsveçin paytaxtı Stokholmda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.
Xəbər lenti
0