Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hər öynənin öz yeməyi - arıqlamaq üçün tövsiyə

© Depositphotos.com / RawpixelYeməklər
Yeməklər - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
BAKI, 2 dekabr - Sputnik. Gün ərzində öynələrdə qidanın düzgün paylanması arıqlamağa yardım edə bilər.
Bu barədə dietoloq Tatyana Dik RİA Novosti-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, əgər gündüz rasionda karbohidratlar üstünlük təşkil edibsə, o zaman axşam zülal və lifli qida, məsələn, balıq, toyuq, dəniz məhsulları ilə tərəvəz salatı və ya raqu yemək lazımdır. Giləmeyvə və meyvə ilə kəsmik də bu halda şam yeməyi üçün gözəl seçimdir.
Əgər səhər və naharda karbohidratların miqdarı az olubsa, şam yeməyində sıyıq və ya buğda bişmiş kartof yemək olar.
Ümumiyyətlə, qida qəbulunda vaxta da diqqət etmək lazımdır. Məsələn, bu yaxınlarda digər dietoloq Zoya Boqdanova bildirmişdi ki, interval pəhriz - qida qəbulu ilə aclığın növbələşməsi - zamanı hormonal piylənmə, hipofiz və hipotalamus, eləcə də qalxanabənzər vəzin problemləri kimi fəsadlarla qarşılaşmaq olar.
Dietoloqun fikrincə, 14 saat aclıqdan sonra orqanizm qanda amin turşuları və qlükoza əmələ gəlməsi üçün əzələləri parçalamağa başlayır. Əgər adamın bədənində əzələ toxuması az, maddələr mübadiləsi ləngdirsə, o zaman interval pəhriz sutka ərzində metabolizmi daha da ləngidə bilər.
Xəbər lenti
0