Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Emin Əmrullayev müəllimlərin sertifikasiyasının yubanma səbəbini açıqladı

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Sertifikasiyanın ilk ilində hətta aşağı nəticə toplayan müəllimlər belə, işlərindən uzaqlaşdırılmır, onlara növbəti ildə də şans verilir.
BAKI, 2 dekabr — Sputnik. "Müəllimlərin sertifikasiyadan keçirilməsi prosesinin yubanmasına əsas səbəb pandemiya şəraitidir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, bu imtahanlar davamlı və uzunmüddətli olur: "Ona görə də imtahanlar arasında hər hansı fasilənin olmasını istəmirik. Bu səbəbdən yoluxma sayı aşağı düşəndən və daha dayanıqlı vəziyyətə çıxdıqdan sonra müəllimlərin sertifikasiyaya cəlb olunması prosesinə başlanılacaq. Sertifikasiyanın hansı ardıcıllıqda və hansı alqoritmlə aparılması ilə bağlı müəyyən müzakirələr var", - nazir deyib.
O qeyd edib ki, sertifikasiyanın ilk ilində hətta aşağı nəticə toplayan müəllimlər belə, işlərindən uzaqlaşdırılmır, onlara növbəti ildə də şans verilir. Ona görə də pandemiyanın bir qədər də səngidiyi dövrdə bunun mövcud qanunvericiliyə uyğun olaraq keçirilməsi planlaşdırılır.
"İnanıram ki, bu, gələn ilə təsadüf edəcək", - Əmrullayev əlavə edib.
Həmçinin oxuyun:
Nazir müəllimlərin sertifikasiyası haqda: Proses humanist əsaslarla hazırlanıb
Xəbər lenti
0