CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX rəisi helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət edib

© Photo : State Border Service of Azerbaijan Republic Elçin Quliyev həlak olan hərbi qulluqçuların məzarlarını ziyarət edib
 Elçin Quliyev həlak olan hərbi qulluqçuların məzarlarını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər.
BAKI, 2 dekabr — Sputnik. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olan hərbi qulluqçular - polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.
© Photo : State Border Service of Azerbaijan Republic Elçin Quliyev həlak olan hərbi qulluqçuların məzarlarını ziyarət edib
 Elçin Quliyev həlak olan hərbi qulluqçuların məzarlarını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Elçin Quliyev həlak olan hərbi qulluqçuların məzarlarını ziyarət edib
Bu barədə Sputnik Azərbaycan-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər.
© Photo : State Border Service of Azerbaijan Republic Elçin Quliyev həlak olan hərbi qulluqçuların məzarlarını ziyarət edib
 Elçin Quliyev həlak olan hərbi qulluqçuların məzarlarını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Elçin Quliyev həlak olan hərbi qulluqçuların məzarlarını ziyarət edib
Hərbi qulluqçuların ailələrinə baş çəkilib və başsağ­lığı verilib.
Xəbər lenti
0