https://sputnik.az/20211201/yeni-stamm-baydeni-de-casdirdi-436869517.html
Yeni ştamm Baydeni də çaşdırdı
Yeni ştamm Baydeni də çaşdırdı
Sputnik Azərbaycan
BAKI, 1 dekabr — Sputnik. ABŞ Prezidenti Co Bayden mətbuat konfransı zamanı koronavirusun yeni "omikron" ştammının adını dəfələrlə səhv tələffüz edib. RİA... 01.12.2021, Sputnik Azərbaycan
2021-12-01T23:20+0400
2021-12-01T23:20+0400
2021-12-01T23:20+0400
dünya xəbərləri
co bayden
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433660492_0:0:3073:1728_1920x0_80_0_0_a3db84b7ee9a34bde155a0b193bfbeb4.jpg
BAKI, 1 dekabr — Sputnik. ABŞ Prezidenti Co Bayden mətbuat konfransı zamanı koronavirusun yeni "omikron" ştammının adını dəfələrlə səhv tələffüz edib. RİA Novosti xəbər verir ki, bu barədə "The New York Post" qəzeti yazıb."O "Omnikron" adlanır", - deyə Ağ Evin rəhbəri virusun təhlükə səviyyəsini qiymətləndirməzdən əvvəl bildirib.Yeni ştammın qarşısını almaq üçün tədbirlərdən danışan ABŞ lideri yenidən səhv tələffüz edərək qeyd edib ki, hərəkət məhdudiyyətləri "omnikron"un yayılmasını azaltmağa kömək edəcək.Co Bayden ilk dəfə deyil ki, bu vəziyyətə düşür. Xatırladaq ki, o, dəfələrlə ölkələrin adlarını və prezidentlərin soyadlarını da qarışdırıb. Xüsusilə, çıxışlarının birində Liviya ilə Suriyanı, digərində İraq və İranı, üçüncüsündə isə Barak Obama ilə Donald Trampı qarışdırıb."Omikron"Noyabr ayında mütəxəssislər Botsvana və Cənubi Afrikada S-zülalında 32 mutasiya olan "B.1.1.529" koronavirus ştammının ortaya çıxdığını bildiriblər.Ümumdünya Səhiyyə Təşkilatı "B.1.1.529" ştammını "narahatlıq doğuran" kimi qəbul edib və ona yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honkonq və Belçikada tapılıb. Bu gün isə həmin ştammın artıq 23 ölkədə yayıldığı təsdiq edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433660492_136:0:2867:2048_1920x0_80_0_0_81d1774352b44ef4face43da74d3dfe7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
co bayden, omikron ştammı
co bayden, omikron ştammı
BAKI, 1 dekabr — Sputnik. ABŞ Prezidenti Co Bayden mətbuat konfransı zamanı koronavirusun yeni "omikron" ştammının adını dəfələrlə səhv tələffüz edib. RİA Novosti xəbər verir ki, bu barədə "The New York Post" qəzeti yazıb.
"O "Omnikron" adlanır", - deyə Ağ Evin rəhbəri virusun təhlükə səviyyəsini qiymətləndirməzdən əvvəl bildirib.
Yeni ştammın qarşısını almaq üçün tədbirlərdən danışan ABŞ lideri yenidən səhv tələffüz edərək qeyd edib ki, hərəkət məhdudiyyətləri "omnikron"un yayılmasını azaltmağa kömək edəcək.
Co Bayden ilk dəfə deyil ki, bu vəziyyətə düşür. Xatırladaq ki, o, dəfələrlə ölkələrin adlarını və prezidentlərin soyadlarını da qarışdırıb. Xüsusilə, çıxışlarının birində Liviya ilə Suriyanı, digərində İraq və İranı, üçüncüsündə isə Barak Obama ilə Donald Trampı qarışdırıb.
Noyabr ayında mütəxəssislər Botsvana və Cənubi Afrikada S-zülalında 32 mutasiya olan "B.1.1.529" koronavirus ştammının ortaya çıxdığını bildiriblər.
Ümumdünya Səhiyyə Təşkilatı "B.1.1.529" ştammını "narahatlıq doğuran" kimi qəbul edib və ona yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı CAR, Botsvana, İsrail, Honkonq və Belçikada tapılıb. Bu gün isə həmin ştammın artıq 23 ölkədə yayıldığı təsdiq edilib.