Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Rusiya səfirliyi Azərbaycana başsağlığı verdi

© AP Photo / Burhan OzbiliciТурецкий военный вертолет, фото из архива
Турецкий военный вертолет, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Abunə olmaq
Noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Azərbaycandakı səfirliyi də Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
"Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik! Allah rəhmət eləsin".
***
ABŞ-nin Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib:
"Səfir Erl Litzenberger helikopter qəzasında həlak olanlara görə başsağlığı verir. Onların ailələrinə və dostlarına başsağlığı veririk".
***
Belarusun Azərbaycandakı səfirliyi hərbi helikopter qəzası ilə bağlı başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, səfirlik bu barədə "Twitter" hesabında paylaşım edib.
"Xızı rayonu ərazisində Azərbaycan Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananlara şəfa diləyirik", - qeyd olunub.
Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Xəbər lenti
0