https://sputnik.az/20211201/lacin-rayonuna-media-tur-teskil-edilib-436852320.html
Laçın rayonuna media-tur təşkil edilib
Laçın rayonuna media-tur təşkil edilib
Sputnik Azərbaycan
Hərbçilərimizin gündəlik fəaliyyəti, azad olunan ərazilərdə aparılan xidmətin məsuliyyəti, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini... 01.12.2021, Sputnik Azərbaycan
2021-12-01T17:23+0400
2021-12-01T17:23+0400
2021-12-01T17:23+0400
hərbi
laçın
kiv
media
media-tur
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436852880_0:0:1000:563_1920x0_80_0_0_3af4276906792e95beb537c743533441.jpg
BAKI, 1 dekabr - Sputnik. Müdafiə Nazirliyi Laçın rayonunun azad olunmasının birinci ildönümü ilə bağlı media-tur təşkil edib.Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitləri ilə tanış olublar.Hərbçilərimizin gündəlik fəaliyyəti, azad olunan ərazilərdə aparılan xidmətin məsuliyyəti, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini ictimaiyyətə çatdırmaq məqsədilə hərbi qulluqçulardan müsahibələr alınıb.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə edən hərbi qulluqçular burada rahat xidmət apardıqlarını bildiriblər.Hərbçilərimiz azad olunmuş torpaqlarımızda xidmət etməkdən qürur duyduqlarını və döyüş növbətçiliyində hər zaman ayıq-sayıq durduqlarını ifadə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/01/436852880_103:0:1000:673_1920x0_80_0_0_95c12b7e1e04211bd445692dffe75039.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
laçın, kiv, media, media-tur
laçın, kiv, media, media-tur
Laçın rayonuna media-tur təşkil edilib
Hərbçilərimizin gündəlik fəaliyyəti, azad olunan ərazilərdə aparılan xidmətin məsuliyyəti, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini ictimaiyyətə çatdırmaq məqsədilə hərbi qulluqçulardan müsahibələr alınıb.
BAKI, 1 dekabr - Sputnik. Müdafiə Nazirliyi Laçın rayonunun azad olunmasının birinci ildönümü ilə bağlı media-tur təşkil edib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitləri ilə tanış olublar.
Hərbçilərimizin gündəlik fəaliyyəti, azad olunan ərazilərdə aparılan xidmətin məsuliyyəti, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini ictimaiyyətə çatdırmaq məqsədilə hərbi qulluqçulardan müsahibələr alınıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə edən hərbi qulluqçular burada rahat xidmət apardıqlarını bildiriblər.
Hərbçilərimiz azad olunmuş torpaqlarımızda xidmət etməkdən qürur duyduqlarını və döyüş növbətçiliyində hər zaman ayıq-sayıq durduqlarını ifadə ediblər.