Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi

Abunə olmaq
“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi keçirilir.
Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.
Cənazələr vida mərasimin keçirilməsi üçün DSX-nin "Sərhədçi" İdman Kompleksinə aparılırb.
Daha sonra cənazələr dəfn olunmaq üçün hərbi qulluqçuların ailələrinə təhvil veriləcək.
Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Xəbər lenti
0