Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Gəlin yuyaq dənizi" - Uşaqların sevimli şairi anıldı

© Sputnik / Shahperi AbbasovaFikrət Sadığın xatirəsinə həsr olunan tədbir
Fikrət Sadığın xatirəsinə həsr olunan tədbir  - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Abunə olmaq
Ədəbiyyat tənqidçilərinin fikrincə, hazırda məhz uşaq ədəbiyyatı sahəsində böyük çətinliklər və çatışmazlıqlar müşahidə olunur. Odur ki, şairin kitabının yenidən çapı ölkənin ədəbi həyatında maraqlı hadisə kimi qiymətləndirilə bilər.
BAKI, 1 dekabr — Sputnik. Bu günlərdə Azərbaycan müasir ədəbiyyatının klassiki, Xalq yazıçısı Fikrət Sadığın vəfatının beşinci ili tamam oldu. Onun uşaqlar üçün yazdığı şeirlərdən ibarət "Gəlin yuyaq dənizi" adlı kitabı yenidən çap olunub.
Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində şair Fikrət Sadığın xatirəsinə həsr olunan tədbir keçirilib.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, tanınmış aktrisa Kəmalə Mehdiyeva, şairin qızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazar Aysel Fikrət, görkəmli şairin dostları və həmkarları iştirak ediblər. Tədbir iştirakçıları şairlə bağlı xatirələrini bölüşüb, onun şeirlərini səsləndiriblər.
© Sputnik / Shahperi AbbasovaFikrət Sadığın xatirəsinə həsr olunan tədbir
Fikrət Sadığın xatirəsinə həsr olunan tədbir  - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Fikrət Sadığın xatirəsinə həsr olunan tədbir
Qeyd edək ki, sözügedən kitabın redaktoru Aysel Rəsulzadə, ön sözün müəllifi, Azərbaycan yazıçısı, əməkdar pedaqoq, professor Zahid Xəlildir.
Ədəbiyyat tənqidçilərinin fikrincə, hazırda məhz uşaq ədəbiyyatı sahəsində böyük çətinliklər və çatışmazlıqlar müşahidə olunur. Odur ki, şairin kitabının yenidən çapı ölkənin ədəbi həyatında maraqlı hadisə kimi qiymətləndirilə bilər.
© Sputnik / Shahperi AbbasovaFilologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy,
Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy,
Məlumat üçün qeyd edək ki, Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxıda anadan olub. Burada ibtidai, Kürdəmirdə isə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib. Daha sonra ADU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlayıb.
© Sputnik / Shahperi AbbasovaYazıçı Aysel Fikrət
Yazıçı Aysel Fikrət - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Yazıçı Aysel Fikrət
Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub. Fikrət Sadıq "Dəniz küçəmizə gəlir", "Cırtdan hara getmişdir?", "Sevgi yağışı", "Bala kirpi", "İşığın yaşı", "Göydə nə var", "Gəlin yuyaq dənizi", "Ağ cığır", "Yerdən göyə ümid" və başqa kitabların müəllifidir.
O, Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilib. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunub. Görkəmli şair Fikrət Sadıq 2016-cı il noyabrın 16-da 86 yaşında Bakıda vəfat edib.
Xəbər lenti
0