Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Elçin Quliyev: Silahdaşlarımızı, müharibə iştirakçılarını itirdik

© State Border Service of Azerbaijan RepublicElçin Quliyev
Elçin Quliyev - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Abunə olmaq
DSX rəisi: Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan sərhədçisi şəhidlərimiz haqqında olan bütün məlumatları ürəklərində daşıyacaqlar.
BAKI, 1 dekabr — Sputnik. "Bu gün burada çıxış etmək çox ağırdır. Silahdaşlarımızı, müharibə iştirakçılarını itirdik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq ocaqlarının başını uca etdilər".
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.
O, bir daha şəhid olan zabitlərin, əməkdaşların valideynlərinə, yaxınlarına, əzizlərinə DSX-nın bütün rəhbər heyəti və şəxsi heyəti adından başsağlığı verib:
"Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan sərhədçisi şəhidlərimiz haqqında olan bütün məlumatları ürəklərində daşıyacaqlar. Onların göstərdikləri qəhrəmanlıqları yaşadaraq bütün hər kəsə göstərəcəklər".
Xəbər lenti
0