Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Avtomobil seçmək üçün əsas meyarlar

Abunə olmaq
Hər kəs şəxsi avtomobilinin olmasını istəyir, ancaq əldə lazımi məbləğ olsa belə, avtomobil almaq o qədər də asan deyil.
BAKI, 1 dekabr — Sputnik. Azərbaycanlılar xüsusilə son illərdə, koronavirus pandemiyası şəraitində şəxsi avtomobildən istifadə etməyə üstünlük verirlər. Ancaq kifayət qədər məbləğ olsa belə, nəqliyyat vasitəsini əldə etmək o qədər də asan məsələ deyil. Potensial sürücülərin xüsusi diqqət yetirməsi gərəkən məqamlar var.
Xüsusi sorğunun göstərdiyi kimi, azərbaycanlılar üçün avtomobilin qiyməti daha önəmlidir - iştirakçıların 48%-i bu məqamı ən birinci qeyd edib.
Görünür, bu yaxınlarda yanacaq qiymətlərinin bahalaşması ilə əlaqədar "dəmir at"ın yanacaq sərfiyyatı da prioritetdir. Bunu respondentlərin 41%-i qeyd edib.
Avtomobil seçərkən başqa əhəmiyyətli məqamlar hansılardır? Sputnik Azərbaycan-ın sorğu əsasında hazırladığı xüsusi materialda ölkə sakinləri üçün avtomobil seçərkən vacib olan ümumilikdə 13 amil sadalanıb.
Bundan əlavə, təqdim etdiyimiz infoqrafikada ölkədə şəxsi avtomobillərin alınma üsulları da göstərilib.
Xəbər lenti
0