https://sputnik.az/20211130/turkiye-azerbaycanin-derdine-serik-oldu-436815039.html
Türkiyə Azərbaycanın dərdinə şərik oldu
Türkiyə Azərbaycanın dərdinə şərik oldu
Sputnik Azərbaycan
Nazirliklərin tvitter hesabında yayımlanan paylaşımlarda Azərbaycan xalqına başsağılığı mesajları ifadə edilib. 30.11.2021, Sputnik Azərbaycan
2021-11-30T16:07+0400
2021-11-30T16:07+0400
2021-11-30T16:07+0400
cəmiyyət
qəza
türkiyə
helikopter
milli müdafiə nazirliyi
başsağlığı
türkiyə xin
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234925_0:279:3071:2006_1920x0_80_0_0_9fc4490a1d087bbdfaf8ab5de71de1d1.jpg
BAKI, 30 noyabr — Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib."Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allah-Təaladan rəhmət, yaralananlara tezliklə sağalmalarını diləyirəm. Azərbaycan xalqının başı sağ olsun", - M.Şentop sosial şəbəkə hesabında yazıb.-----------15:49Türkiyənin Milli müdafiə naziri Hulusi Akarın Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevlə telefon danışıqları olub.Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, H.Akar hərbi helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.“Hulusi Akar dost və qardaş Azərbaycan xalqına da başsağlığı verib”, - bildirilib.-----------15:32Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub. Türkiyənin XİN-in məlumatın görə, M.Çavuşoğlu bu gün Azərbaycanda baş vermiş hərbi helikopter qəzasında şəhid olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.------------14:39Türkiyənin Xarici İşlər və Milli Müdafiə Nazirlikləri Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.Sputnik Azərbaycan xəbər verir ki, nazirliklərin tvitter hesabında yayımlanan paylaşımda deyilir: "Qardaş ölkə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması xəbərini dərin hüznlə qarşıladıq. Bu faciəvi hadisədə həyatını itirən şəhidlərimizə rəhmət, yaralılara şəfa, bütün azərbaycanlı qardaşlarımıza isə başsağlığı və səbr diləyirik", - deyə Türkiyə XİN-in tvitter paylaşımında qeyd olunub.Türkiyə MMN-in tvitter hesabındakı paylaşımda da Xızı rayonunun Qaraheybət poliqonunda təlim uçuşu edərkən baş vermiş helikopter qəzasında həyatını itirənlərlə bağlı kədərini ifadə edib.Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.“Qardaş Azərbaycanda hərbi təlim zamanı helikopter qəzası nəticəsində şəhid və yaralıların olması bizi dərindən kədərləndirdi. Hərbi təlim zamanı dünyasını dəyişənlərin ailələrinə, yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı verir, yaralılar üçün Allahdan şəfa diləyirik” – diplomat sosial şəbəkə hesabında yazıb.Qeyd edək ki, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata əsasən, Xızıda helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var. Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.Eləcə də oxuyun:* DSX helikopteri qəzaya uğrayıb: ölən və yaralananlar var
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234925_342:0:3071:2047_1920x0_80_0_0_787024f6ba28637b39adf5afce22f369.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qəza, türkiyə, helikopter, milli müdafiə nazirliyi, başsağlığı, türkiyə xin, azərbaycan
qəza, türkiyə, helikopter, milli müdafiə nazirliyi, başsağlığı, türkiyə xin, azərbaycan
Türkiyə Azərbaycanın dərdinə şərik oldu
Nazirliklərin tvitter hesabında yayımlanan paylaşımlarda Azərbaycan xalqına başsağılığı mesajları ifadə edilib.
BAKI, 30 noyabr — Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
"Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allah-Təaladan rəhmət, yaralananlara tezliklə sağalmalarını diləyirəm. Azərbaycan xalqının başı sağ olsun", - M.Şentop sosial şəbəkə hesabında yazıb.
Türkiyənin Milli müdafiə naziri Hulusi Akarın Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevlə telefon danışıqları olub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, H.Akar hərbi helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.
“Hulusi Akar dost və qardaş Azərbaycan xalqına da başsağlığı verib”, - bildirilib.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.
Türkiyənin XİN-in məlumatın görə, M.Çavuşoğlu bu gün Azərbaycanda baş vermiş hərbi helikopter qəzasında şəhid olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.
Türkiyənin Xarici İşlər və Milli Müdafiə Nazirlikləri Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, nazirliklərin tvitter hesabında yayımlanan paylaşımda deyilir: "Qardaş ölkə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması xəbərini dərin hüznlə qarşıladıq. Bu faciəvi hadisədə həyatını itirən şəhidlərimizə rəhmət, yaralılara şəfa, bütün azərbaycanlı qardaşlarımıza isə başsağlığı və səbr diləyirik", - deyə Türkiyə XİN-in tvitter paylaşımında qeyd olunub.
Türkiyə MMN-in tvitter hesabındakı paylaşımda da Xızı rayonunun Qaraheybət poliqonunda təlim uçuşu edərkən baş vermiş helikopter qəzasında həyatını itirənlərlə bağlı kədərini ifadə edib.
Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
“Qardaş Azərbaycanda hərbi təlim zamanı helikopter qəzası nəticəsində şəhid və yaralıların olması bizi dərindən kədərləndirdi. Hərbi təlim zamanı dünyasını dəyişənlərin ailələrinə, yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı verir, yaralılar üçün Allahdan şəfa diləyirik” – diplomat sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata əsasən, Xızıda helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var. Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.