https://sputnik.az/20211130/rusiyada-6-yasdan-boyuk-usaqlar-ucun-vaksinin-tedqiqine-baslanib-436798690.html
Rusiyada 6 yaşdan böyük uşaqlar üçün vaksinin tədqiqinə başlanıb
Rusiyada 6 yaşdan böyük uşaqlar üçün vaksinin tədqiqinə başlanıb
Sputnik Azərbaycan
Noyabrın sonlarında Rusiyada 12-17 yaşlı yeniyetmələrə COVID-19-a qarşı vaksinin tətbiqinə icazə verilib. Həmin vaksin "Qam-KOVİD-Vak M" və ya "Sputnik M"... 30.11.2021, Sputnik Azərbaycan
2021-11-30T08:38+0400
2021-11-30T08:38+0400
2021-11-30T10:14+0400
rusiya
yeniyetmələr
uşaqlar
vaksin
gənclər
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/03/11/426493098_0:92:1860:1138_1920x0_80_0_0_68bd36115aa3130462070dd8e7c4e3a8.jpg
BAKI, 30 noyabr - Sputnik. Rusiyanın N.F.Qamaleya adına epidemiologiya və mikrobiologiya elmi-tədqiqat mərkəzi 6 yaşdan böyük uşaqlar üçün koronavirusa qarşı peyvəndin tədqiq olunması üçün sənədləri təqdim edib. RİA Novosti xəbər verir ki, bunu Mərkəzin direktoru Aleksandr Gintsburq deyib.Bundan əlavə Gintsburq milli peyvəndlər təqviminə uşaqlar üçün COVİD əleyhinə preparatın daxil edilməsinə çağırıb.Xatırladaqq ki, noyabrın sonlarında Rusiyada 12-17 yaşlı yeniyetmələrə COVID-19-a qarşı vaksinin tətbiqinə icazə verilib. Həmin vaksin "Qam-KOVİD-Vak M" və ya "Sputnik M" adlandırılıb.Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib ki, uşaqlar könüllülük əsasında və yalnız valideynlərinin və ya hüquqi nümayəndələrinin razılığı əsasında peyvənd olunacaqlar.Bir qədər sonra isə səhiyyə naziri Mixail Muraşko bildirib ki, "Sputnik M"-in artıq üç həftədən sonra tətbiqinə başlanacaq.Nazirlikdən bildirilib ki, "Qam-KOVİD-Vak M" vaksini də "Sputnik V" kimi iki komponentdən ibarətdir və 21 gün intervalla vurulacaq.Həmçinin oxuyun:Qamaleya Mərkəzi: Omicron ştamma görə təlaşlanmağa dəyməzXəstəlikdən sonra 1-ci dozanı almışların peyvənd sertifikatı müddətsiz olacaq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/11/426493098_0:0:1656:1242_1920x0_80_0_0_8b64bae0e0062b36442be109edbbe962.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yeniyetmələr, uşaqlar, vaksin, gənclər, covid-19
yeniyetmələr, uşaqlar, vaksin, gənclər, covid-19
Rusiyada 6 yaşdan böyük uşaqlar üçün vaksinin tədqiqinə başlanıb
08:38 30.11.2021 (Yenilənib: 10:14 30.11.2021) Noyabrın sonlarında Rusiyada 12-17 yaşlı yeniyetmələrə COVID-19-a qarşı vaksinin tətbiqinə icazə verilib. Həmin vaksin "Qam-KOVİD-Vak M" və ya "Sputnik M" adlandırılıb.
BAKI, 30 noyabr - Sputnik. Rusiyanın N.F.Qamaleya adına epidemiologiya və mikrobiologiya elmi-tədqiqat mərkəzi 6 yaşdan böyük uşaqlar üçün koronavirusa qarşı peyvəndin tədqiq olunması üçün sənədləri təqdim edib.
RİA Novosti xəbər verir ki, bunu Mərkəzin direktoru
Aleksandr Gintsburq deyib.
"Biz 6 yaşdan 11 yaşadək uşaqlar üçün sənədləri təqdim etmişik", — deyə direktor jurnalistlərə bildirib.
Bundan əlavə Gintsburq milli peyvəndlər təqviminə uşaqlar üçün COVİD əleyhinə preparatın daxil edilməsinə çağırıb.
Xatırladaqq ki, noyabrın sonlarında Rusiyada 12-17 yaşlı yeniyetmələrə COVID-19-a qarşı vaksinin tətbiqinə icazə verilib. Həmin vaksin "Qam-KOVİD-Vak M" və ya "Sputnik M" adlandırılıb.
Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib ki, uşaqlar könüllülük əsasında və yalnız valideynlərinin və ya hüquqi nümayəndələrinin razılığı əsasında peyvənd olunacaqlar.
Bir qədər sonra isə səhiyyə naziri Mixail Muraşko bildirib ki, "Sputnik M"-in artıq üç həftədən sonra tətbiqinə başlanacaq.
Nazirlikdən bildirilib ki, "Qam-KOVİD-Vak M" vaksini də "Sputnik V" kimi iki komponentdən ibarətdir və 21 gün intervalla vurulacaq.