https://sputnik.az/20211130/radiolarimiz-monitorinqlerden-kenarda-qalmaq-ucun-verilislerini-gizledirler-436822752.html
"Radiolarımız monitorinqlərdən kənarda qalmaq üçün verilişlərini gizlədirlər"
"Radiolarımız monitorinqlərdən kənarda qalmaq üçün verilişlərini gizlədirlər"
Sputnik Azərbaycan
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktorunun sözlərinə görə, bütün radiolar sözlü verilişlərini gizlədib, bayağı Avropa musiqisinə... 30.11.2021, Sputnik Azərbaycan
2021-11-30T19:12+0400
2021-11-30T19:12+0400
2021-11-30T19:12+0400
radio
azərbaycan xəbərləri
azərbaycan dili
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426901761_0:0:3072:1728_1920x0_80_0_0_cf39faaa1b4092d3485ac7da5aec2862.jpg
BAKI, 30 noyabr — Sputnik. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən Azərbaycanda fəaliyyət göstərən radiolar monitorinqlərə cəlb olunub.Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.O bildirib ki, monitorinqlərə 11 radio cəlb olunub: “Monitorinqlər 1 ay davam edəcək. Bütün nəticələr hesabatda əksini tapacaq”.Mərkəz direktoru qeyd edib ki, bu gün radiolardan informativ xarakterli məlumat almaq olmur: “Bütün radiolar sözlü verilişlərini gizlədib, bayağı Avropa musiqisinə köklənib. Gözəl şərq, Azərbaycan musiqisini qoyub, bizə uyğun olmayan, ruhumuzu oxşamayan musiqilər səsləndirirlər. Bu halı çox pisləyirəm".O, həmçinin qeyd edob ki, radiolarımız monitorinqlərdən kənarda qalmaq üçün verilişlərini gizlədirlər. Bu isə çıxış yolu deyil, qaçmaqdır. "Radiodakı verilişlərlə Azərbaycan dilinin faktiki vəziyyətini öyrənmiş oluruq. Bu gün dilimizin hansı vəziyyətdə olduğunu, necə idarə etməli olduğumuzu, cümlənin qurulma qaydasını, leksik norma pozuntularının qarşısını necə alınması kimi məsələləri dilimizin güzgüsü olan radiolarımızda artıq görə bilmirik", - Sevinc Əliyeva deyib. Onun fikrincə, çıxış yolu odur ki, hər kəs əlçatan olan radioda Azərbaycan dilinin işlənmə xüsusiyyətlərinin şahidi olsun. "Radio rəhbərləri aparıcılarını buna yönəltsinlər, aparıcı götürərkən bütün xüsusiyyətləri nəzərə alsınlar. Yəqin ki, yaxın vaxtda bu halların qarşısını alacağıq”, - Əliyeva əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/08/426901761_284:0:3015:2048_1920x0_80_0_0_9a7a1d9dea606130527540eff69e98b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
radio, azərbaycan dili
"Radiolarımız monitorinqlərdən kənarda qalmaq üçün verilişlərini gizlədirlər"
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktorunun sözlərinə görə, bütün radiolar sözlü verilişlərini gizlədib, bayağı Avropa musiqisinə köklənib.
BAKI, 30 noyabr — Sputnik. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən Azərbaycanda fəaliyyət göstərən radiolar monitorinqlərə cəlb olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.
O bildirib ki, monitorinqlərə 11 radio cəlb olunub: “Monitorinqlər 1 ay davam edəcək. Bütün nəticələr hesabatda əksini tapacaq”.
Mərkəz direktoru qeyd edib ki, bu gün radiolardan informativ xarakterli məlumat almaq olmur:
“Bütün radiolar sözlü verilişlərini gizlədib, bayağı Avropa musiqisinə köklənib. Gözəl şərq, Azərbaycan musiqisini qoyub, bizə uyğun olmayan, ruhumuzu oxşamayan musiqilər səsləndirirlər. Bu halı çox pisləyirəm".
O, həmçinin qeyd edob ki, radiolarımız monitorinqlərdən kənarda qalmaq üçün verilişlərini gizlədirlər. Bu isə çıxış yolu deyil, qaçmaqdır.
"Radiodakı verilişlərlə Azərbaycan dilinin faktiki vəziyyətini öyrənmiş oluruq. Bu gün dilimizin hansı vəziyyətdə olduğunu, necə idarə etməli olduğumuzu, cümlənin qurulma qaydasını, leksik norma pozuntularının qarşısını necə alınması kimi məsələləri dilimizin güzgüsü olan radiolarımızda artıq görə bilmirik", - Sevinc Əliyeva deyib.
Onun fikrincə, çıxış yolu odur ki, hər kəs əlçatan olan radioda Azərbaycan dilinin işlənmə xüsusiyyətlərinin şahidi olsun.
"Radio rəhbərləri aparıcılarını buna yönəltsinlər, aparıcı götürərkən bütün xüsusiyyətləri nəzərə alsınlar. Yəqin ki, yaxın vaxtda bu halların qarşısını alacağıq”, - Əliyeva əlavə edib.