SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qarabağın bərpasında Pakistan şirkətlərinin iştirakı müzakirə edilib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 30.11.2021
Abunə olmaq
İşğaldan azad edilən ərazilərimizdə həyata keçirilən layihələrdə Pakistan şirkətlərinin iştirakı barədə ikitərəfli fikir mübadiləsi aparılıb.
BAKI, 30 noyabr — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın müdafiə istehsalatı naziri xanım Zobaida Cəlalla görüşüb.
Sputnik Azərbaycanın Report-a istinadən xəbərinə görə, pakistanlı nazirlə sənaye sahəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib. Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən layihələrdə Pakistan şirkətlərinin iştirakı barədə ikitərəfli fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 30 ildən sonra Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizə dəstək olan dövlətlərdən biri də Pakistan idi.
Xəbər lenti
0