https://sputnik.az/20211129/pasinyanin-zengezur-dehlizine-cavabdeh-sexsi-fransa-sefiri-ile-danisiqlar-apardi-436777404.html
Paşinyanın Zəngəzur dəhlizinə cavabdeh şəxsi Fransa səfiri ilə danışıqlar apardı
Paşinyanın Zəngəzur dəhlizinə cavabdeh şəxsi Fransa səfiri ilə danışıqlar apardı
Sputnik Azərbaycan
Regionda vəziyyət və Qarabağ nizamlanması məsələsinə toxunan Qriqoryan vurğulayıb ki, danışıqlarda ATƏT-in Minsk Qrupu həmsədrlərinin aparıcı rolunu müsbət... 29.11.2021, Sputnik Azərbaycan
2021-11-29T17:35+0400
2021-11-29T17:35+0400
2021-11-29T17:35+0400
zəngəzur
dünya xəbərləri
fransa
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425144897_0:0:3078:1731_1920x0_80_0_0_444db4a761e2924afa0490e5f8de98d1.jpg
BAKI, 29 noyabr — Sputnik. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Fransanın bu ölkədəki səfiri Ann Luyo ilə görüşüb, əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.Qriqoryan Ermənistana səfir təyin olunması münasibəti ilə Luyonu təbrik edərək bildirib ki, Fransanın Ermənistan üçün xüsusi əhəmiyyəti var. Paşinyanın müavini Ermənistanın ağır günlərində Parisin göstərdiyi yardımı müsbət dəyərləndirib.Fransa səfiri isə öz növbəsində bəyan edib ki, ikitərəfli əlaqələrin dərinləşməsi və genişlənməsi üçün hər şeyi edəcək.Regionda vəziyyət və Qarabağ nizamlanması məsələsinə toxunan Qriqoryan vurğulayıb ki, danışıqlarda ATƏT-in Minsk Qrupu həmsədrlərinin aparıcı rolunu müsbət dəyərləndirir.Görüş zamanda regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə də toxunulub.Qeyd edək ki, Mqer Qriqoryan Ermənistan tərəfindən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunda təmsil olunur.Xatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bildirilir:Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425144897_244:0:2975:2048_1920x0_80_0_0_c793d6bee923e038a58b900047ef9f87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəngəzur, fransa, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
zəngəzur, fransa, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
Paşinyanın Zəngəzur dəhlizinə cavabdeh şəxsi Fransa səfiri ilə danışıqlar apardı
Regionda vəziyyət və Qarabağ nizamlanması məsələsinə toxunan Qriqoryan vurğulayıb ki, danışıqlarda ATƏT-in Minsk Qrupu həmsədrlərinin aparıcı rolunu müsbət dəyərləndirir.
BAKI, 29 noyabr — Sputnik. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Fransanın bu ölkədəki səfiri Ann Luyo ilə görüşüb, əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Qriqoryan Ermənistana səfir təyin olunması münasibəti ilə Luyonu təbrik edərək bildirib ki, Fransanın Ermənistan üçün xüsusi əhəmiyyəti var. Paşinyanın müavini Ermənistanın ağır günlərində Parisin göstərdiyi yardımı müsbət dəyərləndirib.
Fransa səfiri isə öz növbəsində bəyan edib ki, ikitərəfli əlaqələrin dərinləşməsi və genişlənməsi üçün hər şeyi edəcək.
Regionda vəziyyət və Qarabağ nizamlanması məsələsinə toxunan Qriqoryan vurğulayıb ki, danışıqlarda ATƏT-in Minsk Qrupu həmsədrlərinin aparıcı rolunu müsbət dəyərləndirir.
Görüş zamanda regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə də toxunulub.
Qeyd edək ki, Mqer Qriqoryan Ermənistan tərəfindən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunda təmsil olunur.
Xatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bildirilir:
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.
3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.