Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Kəlbəcərin İstibulaq kəndindən "əsrarəngiz" görüntülər

Abunə olmaq
Müdafiə Nazirliyinin Kəlbəcər rayonunun İstibulaq kəndindən yaydığı videogörüntüdə kəndin işğaldan azad ediləndən sonrakı vəziyyəti əksini tapıb.
Azərbaycanın Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstibulaq kəndindən videogörüntü yayıb. Bu görüntülərdə kəndin işğaldan azad ediləndən sonrakı vəziyyəti əksini tapıb.
İstibulaq kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi qonşu Çaylı kəndindən köçmüş ailələrin İstibulaq adlı mineral bulağın yaxınlığında məskunlaşması nəticəsində yaranıb. Məlumata görə, kəndin adı əvvəllər Üstübulaq olub.
Bu kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu və onun kəndləri işğaldan azad edilib, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olub və nəzarəti ələ alıb.
Sputnik Azərbaycan İstibulaq kəndindən çəkilmiş ən son videonu təqdim edir.
Xəbər lenti
0