Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cəbrayılda təmir-tikinti işləri aparan şəxs minaya düşüb

© Sputnik / Mediabanka keçidQarabağda yolda tank əleyhinə mina, arxiv şəkli
Qarabağda  yolda tank əleyhinə mina, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2021
Abunə olmaq
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.
BAKI, 29 noyabr — Sputnik. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
Xəbər lenti
0