https://sputnik.az/20211129/azerbaycanda-milli-antivirus-proqrami-yenilenir-436779335.html
Azərbaycanda milli antivirus proqramı yenilənir
Azərbaycanda milli antivirus proqramı yenilənir
Sputnik Azərbaycan
Qurumun idarə rəisi bildirir ki, indiki arxitektura klassik antivirus mexanizmi üzərində qurulub. Amma yeni antivirusda bu, bir qədər fərqli olacaq və davranış... 29.11.2021, Sputnik Azərbaycan
2021-11-29T23:23+0400
2021-11-29T23:23+0400
2021-11-29T23:23+0400
kompüter
cəmiyyət
antivirus həlli
proqram
elm
milli
yenilənmə
ikt
https://cdnn1.img.sputnik.az/img/42110/18/421101830_0:248:3072:1976_1920x0_80_0_0_6f9cb4e303b75ac1751efa6fb0753cfc.jpg
BAKI, 29 noyabr — Sputnik. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin milli antivirus proqramının yeni versiyasını buraxmağa hazırlaşır.Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu barədə qurumun idarə rəisi Tural Məmmədov məlumat verib. T.Məmmədovun açıqlamasına görə, bir müddət əvvəl milli antivirusun "beta" versiyası hazırlanıb:Qurumun idarə rəisi bildirir ki, indiki arxitektura klassik antivirus mexanizmi üzərində qurulub. Amma yeni antivirusda bu, bir qədər fərqli olacaq və davranış analizi əsaslı metod mövcud olacaq. Bu, bizə imkan verəcək ki, tanımadığımız virusların da təhdid doğurub-doğurmadığını müəyyən edək:"İlkin versiyada biz müəyyən vaxt bildirmişdik, amma müəyyən yubanmalar olmuşdu. Yeni versiyanı gələn ilin ortalarına qədər hazırlayıb təhvil verməyi düşünürük. Əgər yeni antivirusa maraq artsa, gələcəkdə xərclərin qarşılanması üçün ondan istifadəyə müəyyən qədər ödəniş tətbiq edilə bilər".Xatırladaq ki, ilk antivirus proqramı MAP (Multifunctional Analysis Program - Multi-funksional Analiz Programı) adlanırdı.Həmçinin oxuyun:Kaspersky gələcəyin proqnozunu verir - hücumlar daha dağıdıcı olacaq“Qara Cümə”, yoxsa “Qara” dələduzluq - fırıldaqçılardan necə qorunaq?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42110/18/421101830_0:0:2731:2048_1920x0_80_0_0_81c36fb90396bdf1f72b2a2c47a2db3f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kompüter, antivirus həlli, proqram, elm, milli, yenilənmə, ikt
kompüter, antivirus həlli, proqram, elm, milli, yenilənmə, ikt
Azərbaycanda milli antivirus proqramı yenilənir
Qurumun idarə rəisi bildirir ki, indiki arxitektura klassik antivirus mexanizmi üzərində qurulub. Amma yeni antivirusda bu, bir qədər fərqli olacaq və davranış analizi əsaslı metod mövcud olacaq
BAKI, 29 noyabr — Sputnik. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin milli antivirus proqramının yeni versiyasını buraxmağa hazırlaşır.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu barədə qurumun idarə rəisi Tural Məmmədov məlumat verib. T.Məmmədovun açıqlamasına görə, bir müddət əvvəl milli antivirusun "beta" versiyası hazırlanıb:
"Hazırda isə yeni versiyanın buraxılışına hazırlaşırıq. Onun gələn ilin ortalarına qədər hazır olması gözlənilir. Növbəti versiyanı daha fərqli formada işləməyi düşünürük. Belə ki, bu versiya "cloud base" ("bulud bazası") kimi işləyəcək, yəni təhlükələri hökumət buludunda analiz edəcək. Bu isə imkan verəcək ki, kompüterlərdəki məlumatların analizinə daha az vaxt sərf olunsun".
Qurumun idarə rəisi bildirir ki, indiki arxitektura klassik antivirus mexanizmi üzərində qurulub. Amma yeni antivirusda bu, bir qədər fərqli olacaq və davranış analizi əsaslı metod mövcud olacaq. Bu, bizə imkan verəcək ki, tanımadığımız virusların da təhdid doğurub-doğurmadığını müəyyən edək:
"İlkin versiyada biz müəyyən vaxt bildirmişdik, amma müəyyən yubanmalar olmuşdu. Yeni versiyanı gələn ilin ortalarına qədər hazırlayıb təhvil verməyi düşünürük. Əgər yeni antivirusa maraq artsa, gələcəkdə xərclərin qarşılanması üçün ondan istifadəyə müəyyən qədər ödəniş tətbiq edilə bilər".
Xatırladaq ki, ilk antivirus proqramı MAP (Multifunctional Analysis Program - Multi-funksional Analiz Programı) adlanırdı.
Kaspersky
gələcəyin proqnozunu verir - hücumlar daha dağıdıcı olacaq