https://sputnik.az/20211128/qirgizistanda-parlament-seckileri-kecirilir-436742640.html
Qırğızıstanda parlament seçkiləri başa çatıb - parlamentə 6 partiya vəsiqə qazanıb
Qırğızıstanda parlament seçkiləri başa çatıb - parlamentə 6 partiya vəsiqə qazanıb
Sputnik Azərbaycan
Bu dəfəki seçkilərdə qırğızıstanlılar yeni qaydalarla səs verirlər. Belə ki, namizədlərdən 54-ü partiya siyahıları üzrə , 36 nəfəri isə birmandatlı sistem üzrə... 28.11.2021, Sputnik Azərbaycan
2021-11-28T19:40+0400
2021-11-28T19:40+0400
2021-11-28T19:42+0400
dünya xəbərləri
parlament
seçki
qırğızıstan
majoritar sistem
proporsional sistem
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1c/436756201_0:324:3065:2048_1920x0_80_0_0_63e0845d8a151c7e3c1424d00adf30f0.jpg
BAKI, 28 noyabr - Sputnik. Qırğızıstan parlamentinə (Coqorku Keneş) seçkilər başa çatıb. Sputnik Qırğızıstan-ın məlumatına görə, yerli vaxtla saat 20:00-da 2435 seçki məntəqəsində qapılar bağlanıb.Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-dək seçki məntəqələrinə 30 faizdən az seçici gəlib.Ölkənin yeni qanunvericiliyə əsasən, seçkilərdə iştirak həddi yoxdur. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır.Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.Seçki bülletenlərinin 90,66%-i sayıldıqdan sonra ilkin nəticələrə görə parlamentə aşağıdakı partiyalar vəsiqə qazanıb:***Qırğızıstan parlamentinə (Cokorqu Keneş) bu gün keçirilən seçkilərdə vahid seçki və birmandatlı dairələr üzrə seçkilərdə yerli vaxtla saat 18.00 radələrində semicilərin 28%-i iştirak edib.Sputnik Qırğızıstan-ın məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının hesabatında deyilir.Bundan əvvəl, 2020-ci ilin oktyabrın 4-də keçirilən parlament seçkilərində (nəticələr ləğv olunub) qeyd olunan vaxta qədər seçki hüququ olanların 45,26%-i artıq səs vermişdi.****Qırğızıstanda keçirilən parlament seçkilərində günün birinci yarısında seçici aktivliyi 16,27% təşkil edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ölkənin MSK sədr müavini Tançtık Şaynazarov deyib.Onun sözlərinə görə, Narın və Talas vilayətlərində seçicilər daha fəaldırlar. Paytaxt Bişkekdə, İssık-kul və Çuy vilayətlərində seçici aktivliyi aşağı olaraq qalır.Qeyd olunur ki, iştirak edən seçicilərin sayından asılı olmayaraq seçkilər baş tutmuş hesab olunacaq.O da qeyd olunur ki, 2020-ci ilin oktyabrında keçirilən seçkilərin nəticələri respublikada baş vermiş və prezident Sooronbay Jeenbekovun istefasına gətirmiş iğtişaşlar fonunda ləğv olunub.***Bu gün Qırğızıstanda parlament (Cokorqu Keneş) seçkiləri keçirilir. Sputnik Qırğızıstan-ın verdiyi məlumata görə, yerli vaxtla sat 10.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 3%-i səs verib. Bu dəfəki seçkilərdə qırğızıstanlılar yeni qaydalarla səs verirlər. Belə ki, namizədlərdən 54-ü partiya siyahıları üzrə (proporsional sistem), 36 nəfəri isə birmandatlı (majoritar sistem) sistem üzrə seçilir.Proporsional sistem üzrə seçici siyahısına 3,7 mln.-dan çox qırğızıstanlı, o cümlədən ölkədən kənarda yaşayan vətəndaşlar da daxil edilib. Onlardan 3,6 mln. nəfəri həmçinin birmandatlı dairələr üzrə də səs verə bilərlər (brada xaricdə olan qırğızıstanlılar nəzərə alınmır).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1c/436756201_81:0:2812:2048_1920x0_80_0_0_144fc58d9e2e423848c6966ce41d5067.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
parlament, seçki, qırğızıstan, majoritar sistem, proporsional sistem
parlament, seçki, qırğızıstan, majoritar sistem, proporsional sistem
Qırğızıstanda parlament seçkiləri başa çatıb - parlamentə 6 partiya vəsiqə qazanıb
19:40 28.11.2021 (Yenilənib: 19:42 28.11.2021) Bu dəfəki seçkilərdə qırğızıstanlılar yeni qaydalarla səs verirlər. Belə ki, namizədlərdən 54-ü partiya siyahıları üzrə , 36 nəfəri isə birmandatlı sistem üzrə seçilir.
BAKI, 28 noyabr - Sputnik. Qırğızıstan parlamentinə (
Coqorku Keneş) seçkilər başa çatıb.
Sputnik Qırğızıstan-ın məlumatına görə, yerli vaxtla saat 20:00-da 2435 seçki məntəqəsində qapılar bağlanıb.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-dək seçki məntəqələrinə 30 faizdən az seçici gəlib.
Ölkənin yeni qanunvericiliyə əsasən, seçkilərdə iştirak həddi yoxdur. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır.
Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.
Seçki bülletenlərinin 90,66%-i sayıldıqdan sonra ilkin nəticələrə görə parlamentə aşağıdakı partiyalar vəsiqə qazanıb:
1.
"Ata-Yurd Qırğızıstan" — 198 706 səs (16,85%);2.
"İşenim" — 159 457 səs (13,52%);3.
"Intımak" — 128 197 səs (10,87%);4.
"Alyans" — 97 222 səs (8,24%);5.
"Bütün Qırğızıstan — 79 749 səs (6,76%);6.
"Iyman nuru" — 71 031 səs (6,02%)Qırğızıstan parlamentinə (Cokorqu Keneş) bu gün keçirilən seçkilərdə vahid seçki və birmandatlı dairələr üzrə seçkilərdə yerli vaxtla saat 18.00 radələrində semicilərin 28%-i iştirak edib.
Sputnik Qırğızıstan-ın məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının hesabatında deyilir.
Bundan əvvəl, 2020-ci ilin oktyabrın 4-də keçirilən parlament seçkilərində (nəticələr ləğv olunub) qeyd olunan vaxta qədər seçki hüququ olanların 45,26%-i artıq səs vermişdi.
Qırğızıstanda keçirilən parlament seçkilərində günün birinci yarısında seçici aktivliyi 16,27% təşkil edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ölkənin MSK sədr müavini
Tançtık Şaynazarov deyib.
Onun sözlərinə görə, Narın və Talas vilayətlərində seçicilər daha fəaldırlar. Paytaxt Bişkekdə, İssık-kul və Çuy vilayətlərində seçici aktivliyi aşağı olaraq qalır.
Qeyd olunur ki, iştirak edən seçicilərin sayından asılı olmayaraq seçkilər baş tutmuş hesab olunacaq.
O da qeyd olunur ki, 2020-ci ilin oktyabrında keçirilən seçkilərin nəticələri respublikada baş vermiş və prezident Sooronbay Jeenbekovun istefasına gətirmiş iğtişaşlar fonunda ləğv olunub.
Bu gün Qırğızıstanda parlament (
Cokorqu Keneş) seçkiləri keçirilir.
Sputnik Qırğızıstan-ın verdiyi məlumata görə, yerli vaxtla sat 10.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 3%-i səs verib.
Bu dəfəki seçkilərdə qırğızıstanlılar yeni qaydalarla səs verirlər. Belə ki, namizədlərdən 54-ü partiya siyahıları üzrə (proporsional sistem), 36 nəfəri isə birmandatlı (majoritar sistem) sistem üzrə seçilir.
Proporsional sistem üzrə seçici siyahısına 3,7 mln.-dan çox qırğızıstanlı, o cümlədən ölkədən kənarda yaşayan vətəndaşlar da daxil edilib. Onlardan 3,6 mln. nəfəri həmçinin birmandatlı dairələr üzrə də səs verə bilərlər (brada xaricdə olan qırğızıstanlılar nəzərə alınmır).