DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“Omikron” dünyanı vəlvələyə saldı: yenə sərhədlər bağlanır

© AFP 2023 / NOAH SEELAMСотрудники полиции с шлемами в форме модели коронавируса в Индии
Сотрудники полиции с шлемами в форме модели коронавируса в Индии - Sputnik Azərbaycan, 1920, 28.11.2021
Abunə olmaq
Rusiyalı senator virusun yayılma mənbəyi öyrənilənə qədər Misirlə aviaəlaqəni dayandırmağa çağırıb. "Rospetrebnadzor"un nümayəndəsi isə Rusiyada omikron ştammı ilə yoluxmanın aşkar olunmadığını deyib.
BAKI, 28 noyabr - Sputnik. Bır sıra ölkələr cənubu Afrika dövlətlərindən təyyarə uçuşlarına qadağa qoyub. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
Cənubi Afrikada koronavirusun “Omikron” adlı yeni ştammının yayılmasından sonra bir sıra ölkələr yenidən sərhədlərini gediş-gəlişə bağlayıb. Bu addımı atan ilk ölkə isə İsrail olub.
Sputnik radiosunun verdiyi xəbərə görə, xarici ölkə vətəndaşlarının İsrailə girişinə iki həftəlik qadağa qoyulub. Bununla belə, hökumət komissiyasından xüsusi icazə almış əcnəbilər ölkəyə daxil ola biləcəklər.
Bundan başqa, İsrailin hakimiyyət orqanları ölkə vətəndaşlarının koronavirus testinə cəlb olunması ilə bağlı qaydaları bir az sərtləşdirib və infeksiyaya yoluxmuş şəxslərin hərəkətinə nəzarəti gücləndirib.
İsraildən sonra Oman, Küveyt və Səudiyyə Ərəbistanının hakimiyyət orqanları da yeni növ koronavirusun aşkarlanması ilə əlaqədar bir sıra Afrika ölkələri ilə qarşılıqlı təyyarə uçuşlarını dayandırdıqlarını elan ediblər.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bazar günü bəyan edib ki, krallıq koronavirusun “Omikron” ştammının yayılması ilə əlaqədar olaraq Anqola, Zambiya, Mavriki, Madaqaskar, Malavi, Seyşel və Komor adalarına uçuşları dayandırır. Bu ölkələrin vətəndaşlarının Səudiyyə Ərəbistanına girişi də qadağan edilib.
Oman hakimiyyəti bazar günü Botsvana, Zimbabve, Lesoto, Mozambik, Namibiya, Esvatini, Cənubi Afrikadan bu ölkəyə girişi dayandırmaq qərarına gəlib. Qadağa Oman vətəndaşlarına, diplomatlara və tibb işçilərinə şamil edilməyəcək.
Küveyt hakimiyyəti də bazar günündən etibarən Botsvana, Zambiya, Zimbabve, Lesoto, Malavi, Mozambik, Namibiya, Esvatini və CAR-a sərnişin reyslərini dayandırır. Hökumətin sözçüsü Tarik əl-Müzrimin sözlərinə görə, həmin ölkələrdən qayıdan vətəndaşlar yalnız 14 günlük karantindən sonra Küveyt ərazisinə daxil ola biləcəklər.
Maldiv adaları da koronavirusun yeni ştammı “Omikron”la bağlı narahatlıq fonunda yeddi Afrika ölkəsindən gəlişlərə məhdudiyyət tətbiq edib. Yerli “Sun Online” qəzeti xəbər verir ki, şənbədən bazara keçən gecə Maldiv adalarının İctimai Səhiyyə Məsələləri üzrə Agentliyinin Baş Direktoru M. Əbubəkr tərəfindən imzalanmış fərmanla Cənubi Afrika, Namibiya, Mozambik, Lesoto, Botsvana, Zimbabve və Esvatinidən giriş yasaqlanıb.
Bu qərar Maldiv adalarına getməzdən əvvəl 14 gün ərzində bu ölkələrdə olmuş səyahətçilərə aiddir.
Qeyd edək ki, ÜST ötən cümə günü keçirdiyi fövqəladə iclasdan sonra Botsvana və Cənubi Afrika respublikalarında koronavirusun yeni variantını narahatlıq doğuran ştamm kimi təsnif etmək qərarına gəlib və B.1.1.529 ştammı yunan əlifbasının 15-ci hərfi ilə “Omikron” adlandırılıb. Hazırda yeni ştammın nə dərəcədə təhlükəli olduğu araşıdırılır.
Qeyd ədk ki, koronavirusun yeni ştammı olan “Omikron” Rusiyada da aşkarlanıb. Ria Novosti-nin xəbərinə görə, bunu Rusiya Federasiya Şurasının üzvü Vladimir Kruqlı deyib.
Rusiyada da “Omikron” ştammı var və virusun yayılma mənbəyi Misirə səyahət etmiş vətəndaşlar ola bilər.
Rusiyalı senator virusun yayılma mənbəyi öyrənilənə qədər Misirlə aviaəlaqəni dayandırmağa çağırıb.
"Rospetrebnadzor"un Epidemiologiya institutunun yeni diaqnostika mtodları ilə məşğul olan eli qrupunun rəhbəri Kamil Hafizov isə Rusiyada omikron ştammı ilə yoluxmanın aşkar olunmadığını deyib.
Həmçinin oxuyun:
Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı
Xəbər lenti
0