https://sputnik.az/20211128/maas-kartlarinin-sayi-artib-436731965.html
Maaş kartlarının sayı artıb
Maaş kartlarının sayı artıb
Sputnik Azərbaycan
2021-ci ilin 10 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 8370 mln. manat təşkil edib 28.11.2021, Sputnik Azərbaycan
2021-11-28T08:39+0400
2021-11-28T08:39+0400
2021-11-28T08:39+0400
azərbaycan
iqtisadiyyat
maaş
kart
nağdsız hesablashma
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268510_0:0:2000:1125_1920x0_80_0_0_0e4870c47f038695a898611c7bb637db.jpg
BAKI, 28 noyabr — Sputnik. Bank sistemi üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 244 min ədəd artaraq 10 milyon 673 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17% artıb.Sputnik Azərbaycan Mərkəzi Banka istinadla xəbər verir ki, ödəniş kartlarında artım debet kartları üzrə 15.5%, kredit kartları üzrə 27.8% təşkil edib.Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 149 min, kredit kartları 296 min, digər kartlar isə 1.1 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 10 ayı ilə müqayisədə 73% artıb. 2021-ci ilin 10 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 8370 mln. manat təşkil edib.Həyata keçirilən nağdsız ödənişlərin 5218 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3120 mln. manatı POS-terminallar, 32 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34 %-ni təşkil edib.Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1%, POS-terminalların sayı 7.1 % artıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268510_227:0:2000:1330_1920x0_80_0_0_66ebba9bafdc4105e0b69ef76f11a6db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, maaş, kart, nağdsız hesablashma
azərbaycan, maaş, kart, nağdsız hesablashma
Maaş kartlarının sayı artıb
2021-ci ilin 10 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 8370 mln. manat təşkil edib
BAKI, 28 noyabr — Sputnik. Bank sistemi üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 244 min ədəd artaraq 10 milyon 673 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17% artıb.
Sputnik Azərbaycan Mərkəzi Banka istinadla xəbər verir ki, ödəniş kartlarında artım debet kartları üzrə 15.5%, kredit kartları üzrə 27.8% təşkil edib.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 149 min, kredit kartları 296 min, digər kartlar isə 1.1 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 10 ayı ilə müqayisədə 73% artıb. 2021-ci ilin 10 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 8370 mln. manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 5218 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3120 mln. manatı POS-terminallar, 32 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34 %-ni təşkil edib.
Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8.1%, POS-terminalların sayı 7.1 % artıb.