Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Putinlə Baydenin görüşünün cari ildə baş tutacağına ümid edir

© REUTERS / KEVIN LAMARQUERusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden - Sputnik Azərbaycan, 1920, 28.11.2021
Abunə olmaq
Dmitri Peskov: Biz ümidvarıq ki, bu ünsiyyət baş tuta bilər. Lakin dəqiq tarix hələ məlum deyil.
BAKI, 28 noyabr - Sputnik. Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Co Baydenin görüşünün cari ilin sonuna qədər baş tutacağına ümid edirlər. RİA Novosti xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, böyük ehtimal ki, görüş video-konfrans formatında baş tutacaq.

"Görüşün tarixi hələ də müəyyən edilməyib. Biz ümidvarıq ki, bu ünsiyyət baş tuta bilər. Lakin dəqiq tarix hələ məlum deyil. Çox güman ki, bu, video-konfrans olacaq", - deyə Peskov bildirib.

Həmçinin oxuyun:
Rusiya XİN rəsmisi Putinlə Baydenin gözlənilən görüşü barədə açıqlama verdi
Xəbər lenti
0