Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN rəsmisi Putinlə Baydenin gözlənilən görüşü barədə açıqlama verdi

© Sputnik / Sergey Guneev / Mediabanka keçidRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2021
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Vladimir Putin və Cozef Bayden arasında görüş hərtərəfli hazırlıq tələb edir və bu hazırda davam edir.
BAKI, 21 noyabr - Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında görüş hərtərəfli hazırlıq tələb edir və bu hazırda davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1" telekanalının efirində deyib.
“Təmasların baş tutması üçün hərtərəfli hazırlıq lazımdır və biz bunu edirik”, - Ryabkov qeyd edib.
XİN rəsmisi vurğulayıb ki, Rusiya və ABŞ prezidentləri arasında gözlənilən görüşün gündəliyi çox genişdir:
"Ukrayna ətrafında çoxlu mübahisələr var. NATO silahlı qüvvələrinin sərhədlərimiz yaxınlığında təxribat xarakterli hərəkətləri ola bilər ki, bu da bizi biganə buraxa bilməz və narahatlığa səbəb olur”.
Bu arada Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putin və Bayden arasında görüş üçün videoformata üstünlük verilir, lakin hər şey dövlət başçılarının qərarlarından asılı olacaq.
Peskovun sözlərinə görə, görüşün vaxtı ilə bağlı dəqiq məlumat yoxdur, bu, Yeni ildən əvvəl və sonra baş tuta bilər.
Xəbər lenti
0