DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aşqabadda Türkiyə və İran liderlərinin görüşü olub

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidГорода Ашхабад, фото из архива
Города Ашхабад, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.11.2021
Abunə olmaq
Bu gün Türkmənistanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti keçirilir.
BAKI, 28 noyabr - Sputnik. Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğanİbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda görüşüblər. Sputnik Azrbaycan Report-a istinadən xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, bu gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti keçirilir. Zirvə görüşü zamanı ölkə liderləri İƏT məkanında regional iqtisadi əməkdaşlığın əsas mövzuları ətrafında fikir mübadiləsi aparacaq, həmçinin Türkmənistanın İƏT və onun nizamnamə orqanlarında sədrliyinə yekun vuracaqlar.
Sammitin sonunda yekun Bəyannamənin qəbulu gözlənilir.
Qeyd edək ki, İƏT regional dövlətlərarası iqtisadi təşkilatdır və 1985-ci ildə yaradılıb. Quruma 10 dövləti - Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Türkmənistan, Türkiyə, Tacikistan və Özbəkistanı birləşdirir.
Xəbər lenti
0