Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Yayda ilanlar, qışda sürüşmə - Azərbaycan şəhərinin adrenalin dolu həyatı

© Sputnik / Rahim MammadovMingəçevirdə hadisə yerində
Mingəçevirdə hadisə yerində - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Abunə olmaq
Mingəçevirdə, köhnə Turist bazası adlanan ərazidə Ağdam, Kəlbəcər, Laçın rayonlarından olan 60-dan artıq məcburi köçkün yaşayır. Ötən gecə təbiət hadisəsi onları qorxudub.
BAKI, 27 noyabr — Sputnik. Mingəçevirdə sürüşmə baş verib. Sputnik Azərbaycan xəbər verir ki, təbiət hadisəsi şəhərin su anbarına yaxın ərazidə yerləşən keçmiş turist bazasında - "Turbaza"da qeydə alınıb. Davamlı yağıntılar Boz dağdan axan sel sularını artırdığından ərazidə sürüşmə olub.
Ötən gün baş verən təbiət hadisəsi zamanı Ağdam rayon sakini Vəli Zeynalova məxsus tikilinin ön hissəsi uçub.
"Axşam təxminən saat 8-9 olardı, bərk səs gəldi, çıxdım ki, əşyalarımızı yığdığımız tikilinin ön hissəsi uçub, şüşələri sınıb tökülüb. Yaxşı ki, axşam olub, yaxınlıqda kimsə olmayıb, xəsarət alardı. Yağış güclü yağan kimi sürüşmə baş verir. Ötən il də binanın digər tərəfi uçub tökülmüşdü", - V.Zeynalov deyir.
Mingəçevir isti iqlimi ilə seçildiyindən "Turbaza"da yay aylarında ilan və həşəratlar, payız-qış aylarında isə sürüşmə sakinlərə adrenalin yaşadır. Kəlbəcər sakini Göyçək Allahverdiyeva Sputnik Azəbaycan-ın müxbiri ilə söhbətində gecə saatlarında evlərdən qəribə səslər gəldiyini, sürüşmə olduqca divarların aralandığını, şaqqıltının onları yuxudan oyatdığını deyib.
"Gecə səhərə qədər şaqqıltıdan, qəribə səslərdən qulaq batır. Çökür döşəmə, çürüyüb tökülür. Qohum-əqrabanı çağırıram, taxta vurur. Başdakı bina lap təhlükəlidir, yağış yağdıqca sürüşüb gedir. Ötən gecə də şüşələr töküldü, gecəni həyəcandan yata bilməmişik", - sakin söyləyir.
Turist bazası ərazisində Ağdam, Kəlbəcər, Laçın rayonlarından olan 60-dan artıq köçkün ailəsi məskunlaşıb. Qeyd edək ki, ərazidə ötən il də sürüşmə baş vermişdi.
Eləcə də oxuyun:
* Mülki müdafiə planı hansı hallarda işə düşür?
* Bakının intensiv sürüşmə ocağında ankerlər quraşdırılacaq
* Qubada torpaq sürüşdü, 10 ailə köçürüldü
* Köhnə su quyusunun yenilənməsi bədbəxt hadisə ilə nəticələnib - FOTOLAR
Xəbər lenti
0