https://sputnik.az/20211127/srail-alimleri-koronavirusu-2-saniyeye-mehv-etmeyin-yolunu-tapdilar-436738990.html
İsrail alimləri koronavirusu 2 saniyəyə məhv etməyin yolunu tapdılar
İsrail alimləri koronavirusu 2 saniyəyə məhv etməyin yolunu tapdılar
Sputnik Azərbaycan
BAKI, 27 noyabr - Sputnik. Millimetrlik dalğaların tətbiqi koronavirus və poliovirusu 2 saniyə ərzində 99% məhv etməyə imkan verir. Bunu İsraildəki Ariel... 27.11.2021, Sputnik Azərbaycan
2021-11-27T20:56+0400
2021-11-27T20:56+0400
2021-11-27T20:56+0400
səhiyyə
israil
dalğa
radiasiya
məhv
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427929088_0:160:3072:1888_1920x0_80_0_0_22a349efd38216330461d5a76be110c5.jpg
BAKI, 27 noyabr - Sputnik. Millimetrlik dalğaların tətbiqi koronavirus və poliovirusu 2 saniyə ərzində 99% məhv etməyə imkan verir. Bunu İsraildəki Ariel Universitetinin alimləri kəşf ediblər. Tədqiqatın nəticələri Environmental Chemistry Letters jurnalında dərc olunub.Ekspertlər komandası 1-10 mm uzunluqlu radiodalğaların infeksiyaya təsirini öyrəniblər. Bəlli olub ki, radiasiya patogenləri iki saniyəyə məhv edir."Bu şüalanma tipi millimetrlik dalğalar rejimində işləyir, o deməkdir ki, onun dalğa uzunluğu təxminən 3 millimetrdir. Müqayisə üçün: mobil telefonun şüalanma dalğasının uzunluğu təxminən 30 santimetrdir, mikrodalğanın şüalanması isə 12 sm", - tədqiqatın həmmüəlliflərindən biri Moşe Eynat kəşfi Jerusalem Post-a şərh edərkən deyib.Qeyd olunur ki, millimetrlik dalğalar tibbdə, xüsusən də xərçəng hüceyrələrinə qarşı geniş istifadə olunur. Onlardan həmçinin enerjinin naqilsiz ötürülməsində istifadə olunur.Alimlər diqqət yetiriblər ki, bu cür dalğalar temperaturu yüksəldir, bu isə virus hissəciklərini öldürür. Yeni metod müxtəlif zərif səthlərdə, məsələn, qurğularda və ya texnikada istifadə üçün yarayır. Tədqiqat müəllifləri tapıntılarının insan bədənindəki virusla mübarizəyə yarayacağına şübhə edirlər, ancaq eyni zamanda vurğulayırlar ki, o, gerçəkdən də sürətlidir: 2 saniyə ərzində hissəciklərin 99,8%-i məhv olur. "Hazırda bu məqsədlə istifadə olunan ultrabənövşəyi şüalanma bir neçə dəqiqə, hətta bir saat vaxt aparır, üstəlik insan üçün təhlükəlidir, bu isə dezinfeksiya üçün sərfəli deyil", - tədqiqatın rəhbəri Qabi Qarlits deyib. Alimlər yeni texnologiyanı poliovirusda da yoxlayıblar və koronavirusla analoji effekt alıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427929088_172:0:2901:2047_1920x0_80_0_0_89c3f5f86b7bd829d9c5db8fa69f24d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, dalğa, radiasiya, məhv, koronavirus
israil, dalğa, radiasiya, məhv, koronavirus
BAKI, 27 noyabr - Sputnik. Millimetrlik dalğaların tətbiqi koronavirus və poliovirusu 2 saniyə ərzində 99% məhv etməyə imkan verir. Bunu İsraildəki Ariel Universitetinin alimləri kəşf ediblər.
Tədqiqatın nəticələri
Environmental Chemistry Letters jurnalında dərc olunub.
Ekspertlər komandası 1-10 mm uzunluqlu radiodalğaların infeksiyaya təsirini öyrəniblər. Bəlli olub ki, radiasiya patogenləri iki saniyəyə məhv edir.
"Bu şüalanma tipi millimetrlik dalğalar rejimində işləyir, o deməkdir ki, onun dalğa uzunluğu təxminən 3 millimetrdir. Müqayisə üçün: mobil telefonun şüalanma dalğasının uzunluğu təxminən 30 santimetrdir, mikrodalğanın şüalanması isə 12 sm", - tədqiqatın həmmüəlliflərindən biri Moşe Eynat kəşfi
Jerusalem Post-a şərh edərkən deyib.
Qeyd olunur ki, millimetrlik dalğalar tibbdə, xüsusən də xərçəng hüceyrələrinə qarşı geniş istifadə olunur. Onlardan həmçinin enerjinin naqilsiz ötürülməsində istifadə olunur.
Alimlər diqqət yetiriblər ki, bu cür dalğalar temperaturu yüksəldir, bu isə virus hissəciklərini öldürür. Yeni metod müxtəlif zərif səthlərdə, məsələn, qurğularda və ya texnikada istifadə üçün yarayır. Tədqiqat müəllifləri tapıntılarının insan bədənindəki virusla mübarizəyə yarayacağına şübhə edirlər, ancaq eyni zamanda vurğulayırlar ki, o, gerçəkdən də sürətlidir: 2 saniyə ərzində hissəciklərin 99,8%-i məhv olur.
"Hazırda bu məqsədlə istifadə olunan ultrabənövşəyi şüalanma bir neçə dəqiqə, hətta bir saat vaxt aparır, üstəlik insan üçün təhlükəlidir, bu isə dezinfeksiya üçün sərfəli deyil", - tədqiqatın rəhbəri Qabi Qarlits deyib.
Alimlər yeni texnologiyanı poliovirusda da yoxlayıblar və koronavirusla analoji effekt alıblar.