Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Şəmkirdə gecə dəhşəti - bazarı alov bürüdü

Abunə olmaq
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq texnika və canlı qüvvəsi dərhal yanğın baş verən əraziyə cəlb olunub.
BAKI, 27 noyabr — Sputnik. Şənbə günü, noyabrın 26-dan 27-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Sabirkənd kəndində tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq texnika və canlı qüvvəsi dərhal yanğın baş verən əraziyə cəlb olunub.
Yanğının mürəkkəbliyinə və onun hər an tezalışan və yanar tikinti materiallarının (boya, taxta və s.) saxlanıldığı bir-birinə bitişik mağazalara keçmə təhlükəsinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.
Yanğın nəticəsində ümumilikdə 100 m², o cümlədən ümumi sahəsi 70 m² olan tikinti materialları mağazası və ofisi, həmin tikiliyə bitişik ümumi sahəsi 20 m² olan talvar və talvara bitişik ümumi sahəsi 100 m² olan talvarın lambrindən ibarət tavanı 10 m² sahədə yanıb. Talvarın qalan hissəsi və digər mağazalar yanğından mühafizə olunub.
Xəbər lenti
0