"Satanda baha satırlar, alanda su qiymətinə götürürlər" - Qızıl bazarında vəziyyət
© Sputnik / Zulfiyya GuluyevaMoskva univermağında qızıl satışı
© Sputnik / Zulfiyya Guluyeva
Abunə olmaq
İki karatlıq brilyant dəst 1400 manatadır. Bazarda satılan zərgərlik məhsullarında əsasən brilyant qaşlar Belçika istehsalıdır.
BAKI, 27 noyabr — Sputnik. "Qızıl sözün əsl mənasında qızıl dövrünü yaşayır. Qiymətlərin ucuzlaşdığını desələr də, univermaqda qramı 85-90 manatdan ucuz qızıl tapmaq mümkün deyil". Bu sözləri Sputnik Azərbaycan-a qızıl bazarında vəziyyəti öyrənmək üçün Moskva Univermağının girişində həmsöhbət olduğumuz Gülxarə Məmmədova deyib. Müsahibimiz deyir ki, dekabrın 12-də böyük oğluna toy edəcək. Gəlini üçün univermağa qızıllara baxmağa gəlsə də, büdcəsinə uyğun qiymətə qızıl dəsti tapmadığı üçün geri qayıdır...
© Sputnik / Zulfiyya GuluyevaMoskva univermağında qızıl bazarı
Moskva univermağında qızıl bazarı
© Sputnik / Zulfiyya Guluyeva
G.Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qızıl dəstlərinin qiyməti 3500-4000 manatdan ucuz deyil. Amma həmsöhbətimiz qızılın alış qiymətinin çox ucuz olduğunu söyləyir:
"Satanda baha satırlar, alanda "su " qiymətinə götürürlər".
Sputnik Azərbaycan paytaxtda qızıl bazarından reportajı təqdim edir...
Univermaqda qızılın alış və satış qiymətini öyrənmək üçün əvvəlcə zərgərə yaxınlaşırıq. Zərgər İzzət Əli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qızılın dünya bazarında qiyməti ucuzlaşıb. Hazırda bazarda 375 əyarlı qızılın bir qramının alış qiyməti 34 manat, 583 və 585 əyarlı qızılın bir qramı 54, 750 əyar qızılın isə qramı 69 manat 12 qəpikdir. 583 və 585 əyarlı qızılların satış qiyməti isə bir qramı 85-90 manat arasındadır. 750 əyarlı qızılların bir qramının qiyməti 85 manatdan başlayaraq 95, 100 manat arasında dəyişir. İ.Əli qiymət fərqinin zərgərin əl işinə görə dəyişdiyini söyləyir. Onun sözlərinə görə, çətin ərsəyə gələn zinət əşyaları baha satılır.
© Sputnik / Zulfiyya GuluyevaZərgər İzzət Əli
Zərgər İzzət Əli
© Sputnik / Zulfiyya Guluyeva
Zərgər bildirir ki, hazırda bazarda ən çox tələbat 750 prob qızıladır. Onun sözlərinə görə, qızıl və brilyant zinət əşyası alan alıcılar brilyantın sotu ilə yanaşı, keyfiyyətinə də diqqət yetirməlidirlər:
"Elə brilyantlar var ki, ləkəli, kömürlüdür. Amma bəzi daşlar var ki, təmizdir. Brilyantlar b, c cilalanma kateqoriyasına görə fərqlənir. C rəngli brilyantlar daha baha olur".
İ.Əli deyir ki, brilyantın keyfiyyətli olmasını sadə alıcı müəyyən edə bilməz. Buna görə alınan qızılın keyfiyyətinə arxayın olmaq üçün zərgərə baxdırmaq lazımdır.
Digər satıcı Elmar Ağayev isə bazarda alıcılıq qabiliyyətinin zəiflədiyini söyləyir. Onun sözlərinə görə, hazırda univermaqda 2 karatlıq brilyant dəst 1400 manatdır. O bildirir ki, bazarda satılan zərgərlik məhsullarında əsasən brilyant qaşlar Belçika istehsalıdır:
"Ən bahalı brilyant Sibir brilyantı olsa da, hazırda həmin zavod bağlandığına görə istehsal dayanıb".
Satıcı bildirir ki, alıcılar əvvəlki kimi brilyant dəstlərə üstünlük vermir. Bu məhsulları əsasən yeni evlənən cütlüklər alır.
© Sputnik / Zulfiyya GuluyevaMoskva univermağında qızıl satışı
Moskva univermağında qızıl satışı
© Sputnik / Zulfiyya Guluyeva
Univermaqda həmsöhbət olduğumuz satıcılar da hazırda əsasən sadə və çəkisi az olan zinət əşyalarına maraq olduğunu söylədilər. Onların sözlərinə görə, zərif görünüşlü, gündəlik istifadə edilən qızıllar daha çox alınır.
Qeyd edək hazırda satışda 2, 47 qramlıq sadə boyunbağı və klonu 260 manata təklif olunur. Nişan üzüklərinin qiyməti isə üzərindəki brilyant qaşların çəkisinə görə fərqlidir. Ən ucuz nişan üzüyünü 650 manata almaq mümkündür. Satıcılar bildirdilər ki, yeni ailə quran cütlüklər üçün bir brilyant dəstin qiymətin 2500-3000 manat arasındadır. Bunun üzərinə nişan üzüyünün də qiymətini gəlsək, toy etmək istəyən cütlüklər qızıl almaq üçün ən azı 3000-3500 manat xərcləməlidirlər. Amma satıcılar bu qiymətlərin bu gün üçün belə olduğunu söylədilər. Onların sözlərinə görə, qızılın qiyməti nəinki hər gün, hər saat dəyişə bilir.
© Sputnik / Zulfiyya GuluyevaMoskva univermağında qızıl satışı
Moskva univermağında qızıl satışı
© Sputnik / Zulfiyya Guluyeva
O ki qaldı qızılın alış qiymətinin satışla müqayisədə qiymətinə, arada 36 faiz fərq var. Zərgərlər qızılın alış qiymətinin ucuz olmasını belə əsaslandırırlar:
"Qızılın "lom" (çəki ilə - red.) qiyməti həmişə ucuz olub. Çünki zərgər qızılı alıb əridir. Bu zaman qızıl öz qiymətini itirir".
Qeyd edək ki, iki ilə yaxın bir fasilədən sonra toy məclislərinin təşkilinə icazənin verilməsi qızıl bazarında bir müddət öncə canlanmaya səbəb olsa da, hazırda qızıl bazarında durğunluqdur. Vitrinləri bəzəyən cürbəcür qızılların dizaynları kimi qiymətləri də fərqli olsa da, alıcı qıtlığı müşahidə olunur. Satıcılar isə qızılı aşağı qiymətə satmağın sərfəli olmadığını bildirirlər. Onların sözlərinə görə, qızılın qiyməti əyarına, çəkisinə, firmasına, istehsal ölkəsinə və üzərindəki işləmələrə görə dəyişir.
Məlumat üçün bildirək ki, dünya bazarında ötən həftə qiymətlər ucuzlaşsa da, bu gün yenidən qızılın dünya bazarında qiyməti 17 faiz artıb. Hazırda qızılın bir unsiyası (28,3 qram) 1790 ABŞ dollarıdır.
Həmçinin oxuyun:
Çəkisi 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr satışa çıxarılıb
Ekspert: hibrid və elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər