Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın 27 diplomatı ABŞ-ı tərk edəcək - səfir

© AP Photo / Alberto PezzaliDiplomat, arxiv şəkli
Diplomat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Abunə olmaq
BAKI, 27 noyabr - Sputnik. Rusiyanın iyirmi yeddi diplomatı ABŞ-ı tərk edəcək.
Sputnik Azərbaycan bildirir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
Diplomatlar ABŞ-ı gələn il yanvarın 30-da tərk edəcəklər.
"Bizim diplomatları qovurlar. Yanvarın 30-da 27 nəfər ailəsi ilə ABŞ-dan gedəcək, iyunun 30-da isə analoji sayda adam buradan gedəcək", - Antonov "Соловье Live" YouTube kanalında deyib.
Onun sözlərinə görə, diplomatların xanımlarının akkreditasiyalarını əllərindən alır, uşaqlarına viza vermirlər. Antonov bunu rusiyalı diplomatların ailələrinin ayrılması siyasəti adlandırıb, eyni zamanda qeyd edib ki, ABŞ buna rəğmən həmişə ailə dəyərlərinə hörmətlə yanaşdığını deyir.
Bu yaxınlarda Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ABŞ-ın bu ölkədəki Rusiya səfirliyi və konsulluqlarının 55 diplomat və inzibati-texniki işçilərini ölkədən çıxarmaq niyyətində olduğunu bildirmişdi. Onun sözlərinə görə, hazırda ABŞ tərəfdən Rusiyada təqribən 130 nəfər çalışır, Rusiyanın Vaşinqtondakı missiyasında, Nyu-York və Xyustondakı baş konqulluqlarında isə 200-dən az əməkdaş var.
Eləcə də oxuyun:
* Rusiya və ABŞ arasında strateji sabitliyə dair dialoq aparılır
* Lavrov NATO-nu günahlandırdı: "Onlar bizə həyatı öyrətmək istəyirdilər"
* Mariya Zaxarova: ABŞ daha 55 rusiyalı diplomatı ölkədən çıxarmaq istəyir
Xəbər lenti
0