Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mariya Zaxarova: ABŞ daha 55 rusiyalı diplomatı ölkədən çıxarmaq istəyir

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidRusiya XİN nümayəndəsi Mariya Zaxarova
Rusiya XİN nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
Hazırda Rusiyanın Vaşinqtondakı missiyasında, Nyu-York və Xyustondakı baş konqulluqlarında 200-ə qədər əməkdaş çalışır.
BAKI, 29 oktyabr - Sputnik. ABŞ bu ölkədəki Rusiya səfirliyi və konsulluqlarının 55 diplomat və inzibati-texniki işçilərini ölkədən çıxarmaq niyyətindədir. RİA Novosti xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

"Vaşinqtonun bizim diplomat və inzibati-texniki işçimizin ABŞ-ı tərk etməsi barədə tələbi nəticəsində - bu isə onların ölkədən qovulması deməkdir, - diplomatik "cəbhədə" vəziyyət yalnız qəlizləşəcək, — deyə Zaxarovanın Nazirliyin saytında yerləşdirilmiş şərhində bildirilir.

Zaxarova onu da bildirib ki, hazırda ABŞ tərəfdən Rusiyada təqribən 130 nəfər çalışır, Rusiyanın Vaşinqtondakı missiyasında, Nyu-York və Xyustondakı baş konqulluqlarında isə 200-dən az əməkdaş var.
Xəbər lenti
0