https://sputnik.az/20211127/orta-esrlerden-yadigar-qalan-qocehmedli-ermeni-isgalindan-azad-edilenden-sonra-436728790.html
Orta əsrlərdən yadigar qalan Qoçəhmədli erməni işğalından azad ediləndən sonra
Orta əsrlərdən yadigar qalan Qoçəhmədli erməni işğalından azad ediləndən sonra
Sputnik Azərbaycan
17 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi işğaldan azad edilib. 27.11.2021, Sputnik Azərbaycan
2021-11-27T16:37+0400
2021-11-27T16:37+0400
2021-11-27T16:37+0400
füzuli
video
müdafiə nazirliyi
kənd
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1b/436728762_0:49:1000:612_1920x0_80_0_0_1609f49bfc34bcadf8e40ce9bf6290a5.jpg
BAKI, 27 noyabr — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Qoçəhmədli kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmn videonu təqdim edir.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan edib.Kəndin adı qoç ("igid, cüssəli" mənasında) və Əhmədli etnonimindən ibarətdir. Qoçəhmədli bu kənddə ilkin məskunlaşmış nəslin adıdır.Kəndin tarixi orta çağdan başlayır. Yaşlı adamların söyləmələrinə görə kənd əhli Osmanlı torpağından, Ərzurum yörəsindən qan davası səbəbilə köçüb Qarabağda məskunlaşıb. 1593-cü il Osmanlı qaynağına görə, Gəncə-Qarabağ əyalətinin Dizaq nahiyəsinə bağlı Qoçəhmədli kəndi mövcuddur.Kəndin ünlü kişilərindən olan Vəliməhəmməd ağa Dizaği II Şah Abbas Səfəvinin dəlləyi olub. II Şah Abbas Dizaq nahiyəsinin başçısı Allahyar bəyə fərman göndərmişdi ki, Usta Vəliməhmməd ağanın əkib-bеcərdiyi torpaqlardan, istifadə еtdiyi arxlardan vеrgi alınmasın.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1b/436728762_60:0:941:661_1920x0_80_0_0_67f73ddbbc583b9a6d093de44f435ffb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
füzuli, видео, müdafiə nazirliyi, kənd, işğaldan azad edilmiş ərazilər
füzuli, видео, müdafiə nazirliyi, kənd, işğaldan azad edilmiş ərazilər
Orta əsrlərdən yadigar qalan Qoçəhmədli erməni işğalından azad ediləndən sonra
17 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi işğaldan azad edilib.
BAKI, 27 noyabr — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Qoçəhmədli kəndindən videogörüntülər paylaşıb.
Sputnik Azərbaycan həmn videonu təqdim edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan edib.
Kəndin adı qoç ("igid, cüssəli" mənasında) və Əhmədli etnonimindən ibarətdir. Qoçəhmədli bu kənddə ilkin məskunlaşmış nəslin adıdır.
Kəndin tarixi orta çağdan başlayır. Yaşlı adamların söyləmələrinə görə kənd əhli Osmanlı torpağından, Ərzurum yörəsindən qan davası səbəbilə köçüb Qarabağda məskunlaşıb. 1593-cü il Osmanlı qaynağına görə, Gəncə-Qarabağ əyalətinin Dizaq nahiyəsinə bağlı Qoçəhmədli kəndi mövcuddur.
Kəndin ünlü kişilərindən olan Vəliməhəmməd ağa Dizaği II Şah Abbas Səfəvinin dəlləyi olub. II Şah Abbas Dizaq nahiyəsinin başçısı Allahyar bəyə fərman göndərmişdi ki, Usta Vəliməhmməd ağanın əkib-bеcərdiyi torpaqlardan, istifadə еtdiyi arxlardan vеrgi alınmasın.