CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəriman Nərimanovu Şəkiyə gətirən fayton muzeydə

© Sputnik / Ibrahim HashimovNəriman Nərimanovun faytonu
Nəriman Nərimanovun faytonu - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Abunə olmaq
Şəkiyə 1920-ci ilin oktyabr ayında gələn Nərimanov savadsızlığın aradan qaldırılması məqsədilə müxtəlif yerlərdə təbliğatlar aparırdı.
BAKI, 27 noyabr — Sputnik. Bir əsr əvvəl Nəriman Nərimanovu Şəkiyə gətirən fayton hələ də orada qorunub saxlanır. Fayton hazırda Şəki Tarix Diyarşünaslıq Muzeyindədir. Muzeyin direktoru Aybəniz Qafarova Sputnik Azərbaycan-a bildirib ki, muzeydə 5 minə yaxın eksponat var ki, onlardan biri əsrdən artıq yaşı olan, Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri Nərimanov Nərimanovu Şəkiyə gətirən faytondur.
© Sputnik / Ibrahim HashimovNəriman Nərimanovun faytonu
Nəriman Nərimanovun faytonu - Sputnik Azərbaycan
1/4
Nəriman Nərimanovun faytonu
© Sputnik / Ibrahim HashimovNəriman Nərimanovun faytonu
Nəriman Nərimanovun faytonu - Sputnik Azərbaycan
2/4
Nəriman Nərimanovun faytonu
© Sputnik / Ibrahim HashimovNəriman Nərimanovun faytonu
Nəriman Nərimanovun faytonu - Sputnik Azərbaycan
3/4
Nəriman Nərimanovun faytonu
© Sputnik / Ibrahim HashimovNəriman Nərimanovun faytonu
Nəriman Nərimanovun faytonu - Sputnik Azərbaycan
4/4
Nəriman Nərimanovun faytonu
1/4
Nəriman Nərimanovun faytonu
2/4
Nəriman Nərimanovun faytonu
3/4
Nəriman Nərimanovun faytonu
4/4
Nəriman Nərimanovun faytonu

"Nəriman Nərimanov savadsızlığın aradan qaldırılması məqsədilə müxtəlif yerlərdə təbliğatlar aparırdı. 1920-ci ilin oktyabr ayında da bu məqsədlə Şəkiyə gəlib. Şəkiyə isə Yevlaxdan bu faytonla səfər edib. Şəki Cümə məscidində də ictimai təbliğat aparıb", – deyə A.Qafarova əlavə edib.

Görkəmli dövlət xadimi Nəriman Nərimanov Şəkiyə səfəri barədə xatirələrini də bölüşüb. Xatirələri isə özünün kitabında qeyd edib.
© Sputnik / Ibrahim HashimovNəriman Nərimanov
Nəriman Nərimanovun faytonu - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Nəriman Nərimanov
"Nəriman Nərimanov öz xatirələrində bildirib ki, Şəkiyə onu Abdulkərim adlı kişi gətirib. O yazır ki, məni faytonla şəkili Abdulkərim gətirdi. Onun şirin Şəki ləhcəsi ilə danışığı lətifələri elə ürəkaçan oldu ki, biz 6 saatlıq yolu sanki 6 dəqiqəyə gəldik", – deyə A.Qafarova əlavə edib.
Faytonu da sonradan muzeyə Abdulkərim adlı həmin Şəki sakini təhvil verib. Hazırda bu fayton muzeyin ən qiymətli eksponatları sırasında sərgilənir.
Xəbər lenti
0