Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyada pambığın bir kiloqramı 3 dollara yaxınlaşır

© Sputnik / Emin AlisahibAğdamda pambıq yığımı
Ağdamda pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Xəbərlərə abunə olun
Azərbaycanda pambıq yığımı 20,9 faiz azalıb. 2021-ci ilin oktyabr ayında pambığın 1 kiloqramının dünya bazar qiyməti əvvəlki ay ilə müqayisədə 13.48% artıb.
BAKI, 27 noyabr — Sputnik. 2021-ci ilin oktyabr ayında pambığın 1 kiloqramının dünya bazar qiyməti əvvəlki ay ilə müqayisədə 13.48% artaraq 2.61 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, 2018-2020-ci illər ərzində pambığın dünya bazar qiymətində azalma müşahidə olunsa da, 2020-ci ilin son rübündəki artım sonrakı rüblərdə də davam edib. Aylıq müşahidə dövründə isə 2020-ci ilin iyun ayından etibarən pambığın dünya bazar qiymətində müşahidə olunan artım 2021-ci ilin mart-may ayları ərzində azalma ilə əvəz edilsə də, iyun ayından etibarən yenidən artım tendensiyası qeydə alınıb.
Dünya üzrə pambıq balansına əsasən, 2021/22-ci məhsul ili ərzində pambığın istehsalında, o cümlədən qlobal təklifdə 2020/21-ci məhsul ili ilə müqayisədə artım qeydə alınacağı proqnozlaşdırılır. Çinin və digər ölkələrin pambıq ehtiyatlarındakı azalma, həmçinin dünya üzrə pambığın fabrik istehlakındakı artım qlobal ehtiyatlarda azalmaya gətirib çıxaracaq.

Azərbaycanda pambıq yığımı 20,9 faiz azalıb

Qeyd edək ki, bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycanda sahələrdən 183,9 min ton (20,9 faiz az) pambıq yığılıb. Hesabat dövründə ölkədə 73,7 min hektar sahədə pambıq əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26,5% azdır. Cari ilin 10 ayında pambıq yığımında məhsuldarlıq 25 sentner təşkil edib.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала