SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu Bayramovla müzakirələr aparıb

© Photo : Twitter / Mevlüt ÇavuşoğluAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 27.11.2021
Abunə olmaq
BAKI, 27 noyabr - Sputnik. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla müzakirələr apardığını bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, nazirlər İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammiti ərəfəsində Aşqabadda görüşüblər. Görüş barədə türk nazir sosial şəbəkə hesabında yazıb.
“Can Azərbaycanın xarici işlər naziri, dəyərli qardaşım Ceyhun Bayramovla bölgəmizdəki son prosesləri müzakirə etdik. Birlikdə çalışmağa davam edəcəyik”, - Çavuşoğlu qeyd edib.
Azərbaycan XİN də nazirlərin görüşünə dair məlumat yayıb. Məlumatda qeyd olunur ki, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Xəbər lenti
0