https://sputnik.az/20211126/xususi-teyinatlilar-ve-kiberhucumlar-arxadan-vurulan-zerbeye-gore-avropadan-heyif-436710542.html
"Xüsusi təyinatlılar və kiberhücumlar": Avropa Amerikadan heyif çıxır
"Xüsusi təyinatlılar və kiberhücumlar": Avropa Amerikadan heyif çıxır
Sputnik Azərbaycan
Əfqanıstandakı son hadisələr göstərdi ki, onların "amerikalı tərəfdaşları" heç özlərini belə müdafiə edə bilmirlər. Odur ki, avropalılar yaxınlaşan fəlakəti... 26.11.2021, Sputnik Azərbaycan
2021-11-26T19:16+0400
2021-11-26T19:16+0400
2021-11-26T19:43+0400
avropa
təhlil
avropa
rusiya
arxadan vurulan zərbə
nato
ai
xüsusi təyinatlılar
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436710514_0:27:3219:1838_1920x0_80_0_0_1862df88ac41185fbb35eb7a0ac82cda.jpg
BAKI, 26 noyabr — Sputnik, Anton Skripunov. Vahid ordu, vahid qərargah, vahid düşmən – Avropa İttifaqında (Aİ) "Strateji kompas" planı üstündə mübahisə düşüb. Söhbət Avropa ölkələrinin xüsusi hərbi blokunu yaradaraq bununla da NATO və ABŞ-dan asılılığı azaltmaqdan gedir. Amma müxtəlif səbəblərdən buna qarşı çıxanlar da çoxdur."Hibrid" müharibə"Avropanın qüdrətli və həqiqətən də müstəqil olmasına çalışmaq lazımdır" – Brüsseldə tez-tez bunu təkrarlayırlar. Və oradakılar əmindirlər ki, "Strateji Kompas" adlı yeni müdafiə strategiyası (2030-cu ilə qədər) buna kömək edəcək.Bürokratik Aİ üçün bu strategiyanı çox cəld hazırlayıb başa çıxıblar. 2020-ci ildə Almaniya müxtəlif təhlükələrdən müdafiə məqsədilə "kompleks tədbirlər hazırlamağı" təklif etdi. Üstündən yarım il keçməmiş həmin strategiyanın qaralamasını milli hökumətlərə göstərdilər. 2022-ci ilin mart ayına kimi isə konsepsiyanı təsdiqləmək fikrindədirlər. İttifaqın əsas məmurları həmkarlarını tələsdirirlər."Təhdidlərin analizi aydın şəkildə göstərir ki, Avropa təhlükədədir. Birincisi, bizim iqtisadi imkanlarımız get-gedə məhdudlaşır. Otuz il bundan əvvəl dünya sərvətinin dörddə biri Aİ-yə məxsus idi, iyirmi ildən sonra isə cəmi 10 faizinə sahib olacağıq. Bundan başqa, əhalinin sayı sürətlə azalır: yüzilliyin sonunda Avropada yaşayanlar dünya əhalisinin vur-tut beş faizini təşkil edəcəklər", – Aİ-nin xarici siyasət və təhlükəsizlik komissarı Jozep Borrel qorxulu proqnozlar verir.Əfqanıstandakı son hadisələr göstərdi ki, onların "amerikalı tərəfdaşları" heç özlərini belə müdafiə edə bilmirlər. Odur ki, avropalılar yaxınlaşan fəlakəti təkbaşına dəf etməlidirlər.Sənəddə "hibrid müharibə" – dezinformasiya və kiberhücum taktikası yürüdən Rusiyaya "məhşər gününün xəbərçisi" rolu biçilib. Çinin isə "iqtisadi və köklü rəqib" kimi adı çəkilir.Odur ki, Avropa İttifaqına ümumi strategiya, ümumi müdafiə büdcəsi və qoşun lazımdır, hətta kosmosda belə. Brüssel 2025-ci ilə kimi beş min döyüşçüdən ibarət "vahid, universal, cəld reaksiya qruplaşması" yaratmağı planlaşdırır."Aİ-nin qüvvələri genişləndirməklə bağlı cəhdləri məhdud şəkildə uğur qazanmışdı. Yeni strategiya bizim qoşunları daha operativ və effektiv edəcək", – deyə Borrel qətiyyətlə bildirir. Və nümunə gətirir: bu halda Polşa-Belarus sərhədindəki miqrant böhranını daha tez həll etmək mümkün olardı.Ancaq o, bunun məhz necə baş verə biləcəyini açıqlamır. Eyni zamanda qoşunlara kimin komandanlıq edəcəyi, nə ilə silahlandırılacağı, əməliyyatların necə razılaşdırılacağını da anlamaq olmur. Bir sözlə, suallar çoxdur.Komissar isə skeptiklərə qısa cavab verir: "Məni ziddiyyətlər maraqlandırmır".Boyunduruqdan qurtulmaqBu ideyanı yalnız Brüssel aqressiv şəkildə irəli sürmür. Berlin və Paris də yeni sistemdə maraqlıdır. Orada açıq-aşkar xarici qüvvələrin asılılığından qurtulmaqdan bəhs olunur.Əlbəttə ki, hər şeydən əvvəl NATO nəzərdə tutulur. Avropa İttifaqı barədə müqaviləyə əsasən, bu qitənin müdafiəsinin əsasını alyans qüvvələri təşkil edir. Əlbəttə ki, ABŞ-ın başçılığı altında.Bu proses II Dünya müharibəsinin sonlarında başladı. Qruplaşmaların sayı tədricən artırılaraq 1980-ci illərin sonunda 300 minə çatdırıldı. Hazırda 60 minə yaxındır.Əsas kontingent – 34 min – Almaniyadır, ABŞ sərhədlərindən uzaqdakı ən nəhəng baza olan "Ramştayn" bu ölkədə yerləşir.Son illərdə alman siyasətçiləri okeanın o tayından gəlmiş qonaqlar barədə heç də xoş sözlər söyləmirlər: onların saxlanılmasının əsas xərci Berlinin üzərinə düşür. Bundan başqa, silahları məhz Pentaqondan almaq məcburiyyətindədirlər ki, bu da hamını razı salmır. Belə ki, hazırda bundestaqda F-35-lərlə yerli "Eurofighter" arasında seçim edirlər.Yeri gəlmişkən, almanlar altıncı nəsil qırıcılarını hamıdan əvvəl işləyib-hazırlamaq istəyirlər. Fransızlarla birlikdə: Emmanuel Makron hər zaman Aİ-nin hərbi müstəqilliyindən dəm vurub. Paris Vaşinqtonu həm Afrikada, həm Yaxın Şərqdə, həm də silah bazarında özünə rəqib görür. Üstəlik, beş il ərzində Fransa silah ixracını 72 faiz artırıb.Əgər Avstraliya fransız sualtı qayıqlarından imtina etməsəydi, bu rəqəm daha böyük ola bilərdi. Kanberra AUKUS layihəsi çərçivəsində ABŞ və Böyük Britaniya ilə hərbi ittifaqa üstünlük verdi. Bunun ardınca 56 milyard avroluq müqavilənin pozulmasını Yelisey sarayında "arxadan vurulan zərbə" kimi dəyərləndirdilər.Pentaqonun ən böyük dəniz bazalarına sahib olduğu Apennin adalarında isə nümayiş etdirməyə çox şeyi var. Romadakı siyasətçilər ehtiyatla danışırlar, amma sıravi italyanlar illərdir ki, yoldan keçənlərə hücum edən səs-küylü yankilərə etiraz edirlər. Hətta 2017-ci ildə Viçentsada bəzi sərxoş dava-dalaşlarından sonra amerikalılara hərbi bölməni tərk etmək qadağan olundu."Sizi görməyimizə şadıq"Bu cür insidentlərin sayına görə Baltikyanı ölkələr liderdir. Bu ilin may ayında Estoniyanın Tapa şəhərində amerikalı hərbçilər çox kobud şəkildə eston qızlara sataşdılar. Yaranan qalmaqalı yalnız rəsmi Tallinin müdaxiləsindən sonra yatırmaq mümkün oldu.Bununla belə, Baltikyanı ölkələrin hakimiyyətləri "Amerika qüvvələrinin bu ərazidə olmasından çox məmnundurlar". Hələ onlar üçün hərbi baza da qururlar: növbəti belə bazalardan biri, Litvadakı "Herkus" bu ilin avqust ayında açılıb. Özü də Vilnüsün təşəbbüsü ilə. Halbuki Pentaqonun özündə belə, ona ehtiyac olduğuna şübhə ilə yanaşırdılar."Buna hər zamankından daha çox ehtiyac var. Qoşunların hərbi hazırlığının dəstəklənməsi üçün lazım olan hər şəraiti yaratmağa hazırıq", - deyə bu ölkənin müdafiə naziri Arvidas Anuşauskas Vaşinqtona müraciət edib.Hazırda bu respublikada 500-ə yaxın Amerika hərbçisi, 30 "Abrams" tankı, 25 "Bredli" zirehli maşını var. Polşada isə bütöv bir zirehli tank briqadası yerləşdirilib. Tezliklə Pentaqon bu ölkədə 85 tank, 190 piyadaların döyüş maşını, 35 özüyeriyən artilleriya qurğusu və dörd tank üçün körpüquranla təchiz edəcəyi hərtərəfli hərbi baza inşa edəcək. Həmin yeri Rusiya sərhədindən cəmi 256 kilometr məsafə ayırır."Yeni münaqişə"Polşa və Baltikyanı ölkələr "Rusiya təhdid"inə görə "Kompas"a qarşı çıxırlar. Onları buna iqtisadi səbəblər vadar edir. Layihə əsasən Avropa İttifaqının məhdud imkanlı "kiçik üzvləri" tərəfindən tənqid olunur. Məsələn, Çexiyanın Avropa Parlamentindəki nümayəndəsi Aleksandr Vondra "Kompas"ı "çox iddialı" layihə adlandırıb."Bir tərəfdən Rusiya və Çin orada təhlükəli rəqib kimi qeyd olunub. Digər tərəfdən, Avropa İttifaqı onları özünə tərəfdaş hesab edir", – deyə siyasətçi vurğulayıb.O da qeyd olunur ki, ölkələrə belə "yarlıq yapışdırmaq", xüsusən də koronavirus infeksiyasının yayıldığı dövrdə iqtisadi vəziyyəti dərinləşdirə bilər.Amma Brüssel hərbi xərcləri artırmağı tələb edir. Hərçənd, Aİ onsuz da son yeddi ildə müdafiəyə 1,93 trilyon dollar xərcləyib. NATO-dan başqa Avropada bir neçə struktur, xüsusən də nəzəri cəhətdən dörd bölmə yerləşdirməyə qadir olan "European Corpus"u mövcuddur.Döyüşçülərinin sayı - 7 min nəfərdir, 20 il əvvəl Bosniya və Kosovoda fəaliyyət göstəriblər."Layihədə maraqlı olan ölkələr, ilk növbədə Fransa onu həyata keçirəcək. Mövzu aktualdır: axı NATO fərqli şəraitdə və başqa məqsədlər üçün yaradılıb, indi isə qarşıdurmanın strukturu fərqlidir: aydın cəbhə xətti yoxdur", - deyə Geosiyasi Problemlər Akademiyasının vitse-prezidenti Konstantin Sokolov durumu izah edir.Bununla belə, ekspert qeyd edir ki, yeni alyansın "Avropadakı bazalarını tərk etmək ehtimalı az olan" Amerika qüvvələri ilə necə anlaşacağı bəlli deyil. Odur ki, Avropa İttifaqı daxilində gərginlik ocaqlarının əmələ gəlməsi mümkündür.
avropa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1a/436710514_490:0:3219:2047_1920x0_80_0_0_85423c92680c89c63b4c4cddc3504c28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa, avropa, rusiya, arxadan vurulan zərbə, nato, ai, xüsusi təyinatlılar
avropa, avropa, rusiya, arxadan vurulan zərbə, nato, ai, xüsusi təyinatlılar
"Xüsusi təyinatlılar və kiberhücumlar": Avropa Amerikadan heyif çıxır
19:16 26.11.2021 (Yenilənib: 19:43 26.11.2021) Əfqanıstandakı son hadisələr göstərdi ki, onların "amerikalı tərəfdaşları" heç özlərini belə müdafiə edə bilmirlər. Odur ki, avropalılar yaxınlaşan fəlakəti təkbaşına dəf etməlidirlər.
BAKI, 26 noyabr — Sputnik, Anton Skripunov. Vahid ordu, vahid qərargah, vahid düşmən – Avropa İttifaqında (Aİ) "Strateji kompas" planı üstündə mübahisə düşüb. Söhbət Avropa ölkələrinin xüsusi hərbi blokunu yaradaraq bununla da NATO və ABŞ-dan asılılığı azaltmaqdan gedir. Amma müxtəlif səbəblərdən buna qarşı çıxanlar da çoxdur.
"Avropanın qüdrətli və həqiqətən də müstəqil olmasına çalışmaq lazımdır" – Brüsseldə tez-tez bunu təkrarlayırlar. Və oradakılar əmindirlər ki, "Strateji Kompas" adlı yeni müdafiə strategiyası (2030-cu ilə qədər) buna kömək edəcək.
Bürokratik Aİ üçün bu strategiyanı çox cəld hazırlayıb başa çıxıblar. 2020-ci ildə Almaniya müxtəlif təhlükələrdən müdafiə məqsədilə "kompleks tədbirlər hazırlamağı" təklif etdi. Üstündən yarım il keçməmiş həmin strategiyanın qaralamasını milli hökumətlərə göstərdilər. 2022-ci ilin mart ayına kimi isə konsepsiyanı təsdiqləmək fikrindədirlər. İttifaqın əsas məmurları həmkarlarını tələsdirirlər.
"Təhdidlərin analizi aydın şəkildə göstərir ki, Avropa təhlükədədir. Birincisi, bizim iqtisadi imkanlarımız get-gedə məhdudlaşır. Otuz il bundan əvvəl dünya sərvətinin dörddə biri Aİ-yə məxsus idi, iyirmi ildən sonra isə cəmi 10 faizinə sahib olacağıq. Bundan başqa, əhalinin sayı sürətlə azalır: yüzilliyin sonunda Avropada yaşayanlar dünya əhalisinin vur-tut beş faizini təşkil edəcəklər", – Aİ-nin xarici siyasət və təhlükəsizlik komissarı Jozep Borrel qorxulu proqnozlar verir.
Əfqanıstandakı son hadisələr göstərdi ki, onların "amerikalı tərəfdaşları" heç özlərini belə müdafiə edə bilmirlər. Odur ki, avropalılar yaxınlaşan fəlakəti təkbaşına dəf etməlidirlər.
Sənəddə "hibrid müharibə" – dezinformasiya və kiberhücum taktikası yürüdən Rusiyaya "məhşər gününün xəbərçisi" rolu biçilib. Çinin isə "iqtisadi və köklü rəqib" kimi adı çəkilir.
Odur ki, Avropa İttifaqına ümumi strategiya, ümumi müdafiə büdcəsi və qoşun lazımdır, hətta kosmosda belə. Brüssel 2025-ci ilə kimi beş min döyüşçüdən ibarət "vahid, universal, cəld reaksiya qruplaşması" yaratmağı planlaşdırır.
"Aİ-nin qüvvələri genişləndirməklə bağlı cəhdləri məhdud şəkildə uğur qazanmışdı. Yeni strategiya bizim qoşunları daha operativ və effektiv edəcək", – deyə Borrel qətiyyətlə bildirir. Və nümunə gətirir: bu halda Polşa-Belarus sərhədindəki miqrant böhranını daha tez həll etmək mümkün olardı.
Ancaq o, bunun məhz necə baş verə biləcəyini açıqlamır. Eyni zamanda qoşunlara kimin komandanlıq edəcəyi, nə ilə silahlandırılacağı, əməliyyatların necə razılaşdırılacağını da anlamaq olmur. Bir sözlə, suallar çoxdur.
Komissar isə skeptiklərə qısa cavab verir: "Məni ziddiyyətlər maraqlandırmır".
Bu ideyanı yalnız Brüssel aqressiv şəkildə irəli sürmür. Berlin və Paris də yeni sistemdə maraqlıdır. Orada açıq-aşkar xarici qüvvələrin asılılığından qurtulmaqdan bəhs olunur.
Əlbəttə ki, hər şeydən əvvəl NATO nəzərdə tutulur. Avropa İttifaqı barədə müqaviləyə əsasən, bu qitənin müdafiəsinin əsasını alyans qüvvələri təşkil edir. Əlbəttə ki, ABŞ-ın başçılığı altında.
Bu proses II Dünya müharibəsinin sonlarında başladı. Qruplaşmaların sayı tədricən artırılaraq 1980-ci illərin sonunda 300 minə çatdırıldı. Hazırda 60 minə yaxındır.
Əsas kontingent – 34 min – Almaniyadır, ABŞ sərhədlərindən uzaqdakı ən nəhəng baza olan "Ramştayn" bu ölkədə yerləşir.
Son illərdə alman siyasətçiləri okeanın o tayından gəlmiş qonaqlar barədə heç də xoş sözlər söyləmirlər: onların saxlanılmasının əsas xərci Berlinin üzərinə düşür. Bundan başqa, silahları məhz Pentaqondan almaq məcburiyyətindədirlər ki, bu da hamını razı salmır. Belə ki, hazırda bundestaqda F-35-lərlə yerli "Eurofighter" arasında seçim edirlər.
Yeri gəlmişkən, almanlar altıncı nəsil qırıcılarını hamıdan əvvəl işləyib-hazırlamaq istəyirlər. Fransızlarla birlikdə: Emmanuel Makron hər zaman Aİ-nin hərbi müstəqilliyindən dəm vurub. Paris Vaşinqtonu həm Afrikada, həm Yaxın Şərqdə, həm də silah bazarında özünə rəqib görür. Üstəlik, beş il ərzində Fransa silah ixracını 72 faiz artırıb.
Əgər Avstraliya fransız sualtı qayıqlarından imtina etməsəydi, bu rəqəm daha böyük ola bilərdi. Kanberra AUKUS layihəsi çərçivəsində ABŞ və Böyük Britaniya ilə hərbi ittifaqa üstünlük verdi. Bunun ardınca 56 milyard avroluq müqavilənin pozulmasını Yelisey sarayında "arxadan vurulan zərbə" kimi dəyərləndirdilər.
Pentaqonun ən böyük dəniz bazalarına sahib olduğu Apennin adalarında isə nümayiş etdirməyə çox şeyi var. Romadakı siyasətçilər ehtiyatla danışırlar, amma sıravi italyanlar illərdir ki, yoldan keçənlərə hücum edən səs-küylü yankilərə etiraz edirlər. Hətta 2017-ci ildə Viçentsada bəzi sərxoş dava-dalaşlarından sonra amerikalılara hərbi bölməni tərk etmək qadağan olundu.
Bu cür insidentlərin sayına görə Baltikyanı ölkələr liderdir. Bu ilin may ayında Estoniyanın Tapa şəhərində amerikalı hərbçilər çox kobud şəkildə eston qızlara sataşdılar. Yaranan qalmaqalı yalnız rəsmi Tallinin müdaxiləsindən sonra yatırmaq mümkün oldu.
Bununla belə, Baltikyanı ölkələrin hakimiyyətləri "Amerika qüvvələrinin bu ərazidə olmasından çox məmnundurlar". Hələ onlar üçün hərbi baza da qururlar: növbəti belə bazalardan biri, Litvadakı "Herkus" bu ilin avqust ayında açılıb. Özü də Vilnüsün təşəbbüsü ilə. Halbuki Pentaqonun özündə belə, ona ehtiyac olduğuna şübhə ilə yanaşırdılar.
"Buna hər zamankından daha çox ehtiyac var. Qoşunların hərbi hazırlığının dəstəklənməsi üçün lazım olan hər şəraiti yaratmağa hazırıq", - deyə bu ölkənin müdafiə naziri Arvidas Anuşauskas Vaşinqtona müraciət edib.
Hazırda bu respublikada 500-ə yaxın Amerika hərbçisi, 30 "Abrams" tankı, 25 "Bredli" zirehli maşını var. Polşada isə bütöv bir zirehli tank briqadası yerləşdirilib. Tezliklə Pentaqon bu ölkədə 85 tank, 190 piyadaların döyüş maşını, 35 özüyeriyən artilleriya qurğusu və dörd tank üçün körpüquranla təchiz edəcəyi hərtərəfli hərbi baza inşa edəcək. Həmin yeri Rusiya sərhədindən cəmi 256 kilometr məsafə ayırır.
Polşa və Baltikyanı ölkələr "Rusiya təhdid"inə görə "Kompas"a qarşı çıxırlar. Onları buna iqtisadi səbəblər vadar edir. Layihə əsasən Avropa İttifaqının məhdud imkanlı "kiçik üzvləri" tərəfindən tənqid olunur. Məsələn, Çexiyanın Avropa Parlamentindəki nümayəndəsi Aleksandr Vondra "Kompas"ı "çox iddialı" layihə adlandırıb.
"Bir tərəfdən Rusiya və Çin orada təhlükəli rəqib kimi qeyd olunub. Digər tərəfdən, Avropa İttifaqı onları özünə tərəfdaş hesab edir", – deyə siyasətçi vurğulayıb.
O da qeyd olunur ki, ölkələrə belə "yarlıq yapışdırmaq", xüsusən də koronavirus infeksiyasının yayıldığı dövrdə iqtisadi vəziyyəti dərinləşdirə bilər.
Amma Brüssel hərbi xərcləri artırmağı tələb edir. Hərçənd, Aİ onsuz da son yeddi ildə müdafiəyə 1,93 trilyon dollar xərcləyib. NATO-dan başqa Avropada bir neçə struktur, xüsusən də nəzəri cəhətdən dörd bölmə yerləşdirməyə qadir olan "European Corpus"u mövcuddur.
Döyüşçülərinin sayı - 7 min nəfərdir, 20 il əvvəl Bosniya və Kosovoda fəaliyyət göstəriblər.
"Layihədə maraqlı olan ölkələr, ilk növbədə Fransa onu həyata keçirəcək. Mövzu aktualdır: axı NATO fərqli şəraitdə və başqa məqsədlər üçün yaradılıb, indi isə qarşıdurmanın strukturu fərqlidir: aydın cəbhə xətti yoxdur", - deyə Geosiyasi Problemlər Akademiyasının vitse-prezidenti Konstantin Sokolov durumu izah edir.
Bununla belə, ekspert qeyd edir ki, yeni alyansın "Avropadakı bazalarını tərk etmək ehtimalı az olan" Amerika qüvvələri ilə necə anlaşacağı bəlli deyil. Odur ki, Avropa İttifaqı daxilində gərginlik ocaqlarının əmələ gəlməsi mümkündür.