CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turşudan zəhərlənərək iki dəfə kliniki ölüm keçirən qız komadan ayıldı - Möcüzə

© Photo : Clinical Medical Center10 yaşlı Aytac Mirzəyeva
10 yaşlı Aytac Mirzəyeva - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
İki həftəlik mübarizədən sonra həkimlərin səyi nəticəsində Aytac süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb.
BAKI, 26 noyabr — Sputnik. Pomidor turşusundan zəhərlənərək vəziyyəti ağırlaşan və iki dəfə kliniki ölüm keçirən 10 yaşlı Aytac Mirzəyeva həyata qayıdıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iki həftəlik mübarizədən sonra həkimlərin səyi nəticəsində Aytac süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb.
Belə ki, noyabrın 12-də Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdi. Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin günü gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi. Yeniyetmənin isə vəziyyəti olduqca ağır idi.
2 saylı Kliniki Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülən yeniyetmə xüsusi nəzarətə götürülüb və həyatda qalması üçün bütün imkanlar səfərbər edilib. Bununla belə, müxtəlif günlərdə iki dəfə kliniki ölüm keçirməsinə baxmayaraq, həkimlərimizin səyi ilə Aytac Mirzəyeva həyata qayıdıb.
Tibb işçiləri onun həyatda qalmasını bir möcüzə hesab edir.
Xəbər lenti
0