Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Tələbə kreditləri verilərkən kimlərin balı nəzərə alınmayacaq? - Nazir müavini açıqladı

© AFP 2024 / STEPHANE DE SAKUTINİmtahan nəticələrini yoxlayan tələbələr, arxiv şəkli
İmtahan nəticələrini yoxlayan tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Bu rəqəmi də onunla hesablamışıq ki, tələbələrin qeydiyyatı aparılan zaman onların ailələrinin statusu təhlil edilib.
BAKI, 26 noyabr — Sputnik. Təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə krediti almaq istəyən 1-ci kurs tələbələrindən minimal 300 bal tələb edilməsini şərh edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, nazir müavini deyib ki, tələbələrin DİM imtahanlarında topladığı minimal bal tələbi yalnız standart kredit almaq hüququ olan tələbələr üçündür:
"Təhsil tələbə standart krediti almaq hüququ olanlara bal tələbi yalnız 1-ci kursun 1-ci semestrinə aiddir. Digər semestrlərdə minimal bal şərtləri işləmir. 1-ci kurs tələbəsinə 1-ci semestrdə kredit verilməsi üçün bir kriteriya olmalıdır. O, qəbul olduğu ali təhsil müəssisəsində hələ təhsil almadığı üçün hər hansı təhsil göstəricisi yoxdur. Ona görə onun topladığı bal nəzərə alınır”.
İ.İsayev onu da qeyd edib ki, sosial kredit isə sosial həssas qrupdan olan ailələrin övladlarına verilir. Həmin tələbələrə münasibətdə hər hansı bala ehtiyac yoxdur:
"Sosial həssas qrupdan olan tələbədirsə, istəyir 150 olsun, istər 200 bal toplasın, ona sosial kredit düşür. Ümumilikdə, 1-ci kursda oxuyan 15 mindən artıq tələbənin kredit üçün müraciət edəcəyi gözlənilir. Bu tələbələrdən 3800-4000-i sosial həssas kredit almalı olan tələbələrdir. Bu rəqəmi də onunla hesablamışıq ki, tələbələrin qeydiyyatı aparılan zaman onların ailələrinin statusu təhlil edilib. 1-ci kurs üçün standart kredit almaq istəyən tələbələrin də sayını təxminən bilirik, bunun əsasında minimal 300 bal tələbi qoyulub".
Xəbər lenti
0